Zelenski Ukraynaya dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın Ukraynaya elektrik avadanlıqları alınması və göndərilməsi məqsədilə 7,6 milyon dollar ayırmasına görə Prezident İlham Əliyevə təşəkkür edib.

Volodimir Zelenski tviter səhifəsin­də yazıb: “Ukraynanın ehtiyacları üçün enerji avadanlıqlarının alın­ması məqsədilə yardımın ayrılması­na dair Sərəncama görə Prezident İlham Əliyevə minnətdaram. Bu dəstək təcavüzkarın davamlı hücum­ları qarşısında enerji sektorunun sabitliyini təmin etmək üçün vacib­dir. Enerji sistemini qışa hazırlamaq üçün tərəfdaşlarımızla fəal işləməyə davam edirik”.

Rəsmi xronika