Azərbaycan Ordusu müstəqilliyimizin keşiyində

post-img

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Azərbaycan Ordusu Heydər Əliyev zəkasının işığında” adlı tədbir keçirilib.

Müdafiə nazirliyinin rəsmiləri, xüsu­si təyinatlı təhsil müəssisələrinin, Bakı Qarnizonundakı qoşun növləri və hər­bi hissələrin nümayəndələri əvvəlcə “Heydər Əliyev muzey – lektoriyası”n­da Ulu öndərin zəngin irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Əməkdar incəsənət xadimi, pol­kovnik Abdulla Qurbani böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan unudulmaz Heydər Əliyevin ordu quru­culuğundakı müstəsna xidmətlərindən danışıb.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi İdeoloji İş və Mənə­vi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov Heydər Əliyev adına hərbi li­seyin yetirmələrinin Qarabağ uğrunda döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıb. Onlardan 19 nəfərinin “Vətən Mühari­bəsi Qəhrəmanı”, 11 nəfərinin “Azər­baycanın Milli Qəhrəmanı” adına layiq görüldüyünü, 20-dən çox məzunun ali hərbi rütbələrə yüksəldiyini, bu lisey­dən pərvazlanan yüzlərlə zabitin döyüş orden və medalları ilə təltif olunduğunu diqqətə çatdırıb.

Milli Müdafiə Universiteti Hərbi El­mi-Tədqiqat İnstitutunun humanitar elmlər şöbəsinin professor-məsləhətçi­si, tarix elmləri doktoru polkovnik Meh­man Süleymanov, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Nizami Mövla­nov, polkovnik Fərman Mustafayev, ehtiyatda olan polkovnik Əhməd Məm­mədov, polkovnik-leytenant Cahangir Qurbanov, Firavan Şərfalıyev, ədliyyə kapitanı Rüstəm Əliyev və başqaları çıxış edərək Vətənimizin təhlükəsizli­yinin qarantı olan Azərbaycan Ordusu­nun Heydər Əliyev zəkasının işığında daha da gücləndiyini, qüdrətləndiyini, maddi-texniki bazasının möhkəmləndi­yini, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəh­bərliyi altında qalib bir orduya çevrildi­yini nəzərə çatdırıblar.

Q. QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər