Söyüdlüdə istismarın müvəqqəti dayandırılması təklif edilib

post-img

“Əgər Söyüdlüdə istismar şirkəti tərəfindən lazımi işlər görülməsə, pay bölgüsü ilə bağlı daha sərt addımların atılmasına başlanacaq”.

Bu barədə Gədəbəy rayonu­nun Söyüdlü kəndində monito­rinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan komissiyanın rəhbəri, ekologiya və təbii sərvət­lər naziri Muxtar Babayev dünən keçirdiyi brifinqdə bildirib. 

Nazir qeyd edib ki, Komissiya üzvlərinin bu və digər məsələlərlə bağlı tədbirləri Baş nazirlə müza­kirə olunub. İyulun 13-də komissi­yanın iclası olacaq. Bu sahədə gö­rülən işlər barədə ətraflı məlumat açıqlanacaq.

Nazir bildirib ki, toksiki mad­dələr üçün çay məcrası yaxınlığın­da süni göl yaradılması aidiyyəti qurumlarla razılaşdırılmayıb. Vahid monitorinq nəzarət sisteminin qu­rulması ilə bağlı plan olmayıb, sio­nid və digər ağır metalların təsirinin minimuma endirilməsi, ətrafda iy-qoxunun ara­dan qaldırılması üçün vacib tədbirlər görülmə­yib. Göl ətrafında lazımi maneələr quraşdırılma­yıb. Sanitar-mühafizə zonası müəyynələşdiril­məyib, hasar çəkilmə­yib. Söyüdlü kəndində də şirkət tərəfindən sosial layihələr həyata keçirilməyib. 

Nazir daha sonra qeyd edib ki, Gədəbəyin Söyüdlü kəndində süni anbar 2011-ci ildə tikilib. Mövcud tullantı anbarının istismar imkanla­rının 3 aydan çox olmadığı, ikinci anbarın tikilməsinə razılıq olma­masını nəzərə alaraq müəssisənin işinin cari təmir və ətraf mühitinin sağlamlaşdırılması tədbirlərinin aparılması üçün dayandırılması təklif olunur. Beynəlxalq şirkətlərin monitorinqə dəvət olunması üçün danışıqlar aparılması nəzərdə tu­tulur. 

Nöqsanların aradan qaldırıl­ması üçün ciddi tələblər qoyulub. İstismarçı şirkət tərəfindən lazımi layihələr həyata keçirilməsə, biz daha sərt tədbirlərin görülməsinə başlayacağıq. 

“Xalq qəzeti”

Son xəbərlər