Zaur Əliyev Gəncədə vətəndaşları qəbul edib

post-img

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Gəncə Şəhər Birləşmiş Xəstəxanasında Gəncə, Samux və Kəlbəcər sakinlərini qəbul edib.

Qəbulda 40 vətəndaşın müraciə­tinə baxılıb. Vətəndaşların müraciətləri əsasən müayinə-müalicə, cərrahi əmə­liyyatlar, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı, əlillik məsələləri, iş və əmək münasibətləri ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

“Xalq qəzeti”

Son xəbərlər