Azərbaycanda əqli mülkiyyət sahəsi inkişaf etdirilir

post-img

Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov iyunun 24-də Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktorunun müavini Hasan Kleyb ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xid­mətindən bildiriblər ki, görüşdə Azər­baycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında uğurlu tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. 

Azərbaycanda əqli mülkiyyət sahə­sində aparılan ardıcıl islahatlar barədə məlumat verilib. Dövlətimizin başçısı tərəfindən iqtisadiyyatın davamlı inki­şafının, biliklərə əsaslanan cəmiyyə­tin formalaşdırılmasının və insan ka­pitalına investisiyaların qoyuluşunun başlıca strateji məqsədlərdən biri kimi müəyyənləşdirildiyi vurğulanıb.

Görüş əsnasında, həmçinin Azər­baycan ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın pers­pektivləri müzakirə olunub.

***

Dünən Xarici İşlər nazir Ceyhun Bayramov Ümumdünya Əqli Mülkiy­yət Təşkilatının Baş direktorunun müavini Hasan Kleybin rəhbərlik et­diyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə əqli mülkiyyətin qorunma­sı sahəsində beynəlxalq tərəfdaşlıq, eləcə də Azərbaycanla ÜƏMT arasın­dakı mövcud əməkdaşlıq əlaqələri mü­zakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbay­canın aidiyyəti qurumları ilə təşkilat arasında geniş əməkdaşlıq əlaqələ­rinin olduğunu qeyd edərək, əqli mül­kiyyət üzrə işlərin təkmilləşdirilməsi sahəsində ölkəmizdə həyata keçirilən fəaliyyətin bir sıra istiqamətləri barə­də məlumat verib. Nazir diqqəti, eyni zamanda Ermənistan tərəfindən əra­zilərimizin 30 illik işğalı dövründə yer adlarımızın dəyişdirilməsi, Azərbayca­na məxsus olan mədəni sərvətlərin və mədəni irs obyektlərinin Ermənistan tərəfindən talan edilməsi və ya adları­nın dəyişdirilməsinə yönəldib.

***

İqtisadiyyat naziri Mikayıl Cab­barov və Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ümumdünya Əqli Mülkiyyət Təşkila­tının baş direktorunun müavini Ha­san Kleyb Kleib ilə görüşüblər.

Görüşdə bildirilib ki, Azərbaycanda son illər ərzində elmi tədqiqat potensi­alı müasirləşdirilib, müasir texnologi­yaların tətbiqində əqli mülkiyyətin rolu artırılıb. Ölkəmizin milli prioritetlərinin 2-si məhz Azərbaycanın dayanıqlı ar­tan rəqabətqabiliyyətli iqtisadiyyata, rəqabətli insan kapitalına sahib olma­sını və müasir innovasiyalar məkanına çevrilməsini hədəfləyir. 

Qeyd edilib ki, innovasiyaları dəstəkləyən əqli mülkiyyətin inkişafı, aparıcı iqtisadi sahələrdə əqli fəaliy­yətin nəticələrinin təşviqi, peşə hazır­lığının keyfiyyətinin artırılması müasir çağırışlar olaraq ölkəmizin də əsas məqsədlərindəndir və bu istiqamətdə müvafiq işlər görülür.

Hasan Kleyb əqli mülkiyyət hüquq­larının beynəlxalq səviyyədə qeydiyya­tının stimullaşdırılması, effektiv patent qeydiyyatı prosedurlarının qurulması və əqli mülkiyyət hüquqları ilə bağlı mə­lumatlılığın artırılması barədə fikirlərini bölüşüb, ölkəmizin bu istiqamətdə əldə etdiyi nəticələri yüksək qiymətləndirib.

“Xalq qəzeti”

Son xəbərlər