Azərbaycanda yeni medallar təsis edilir

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbədənkənar növbəti iclası keçirildi. Parlamentin Sədri gündəliyə 20 məsələnin daxil edildiyini bildirdi. Birinci məsələni – N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin qərarının layihəsini təqdim etdi. Səsvermə nəticəsində Nizami Səfərov yenidən Məhkəmə-Hüquq Şurasının üzvü seçildi.

Parlamentin Sədri bildirdi ki, 2–5-ci məsələlər üçüncü oxunuşda mü­zakirəyə çıxarılıb. Komitə sədrləri əlavə rəy və təkliflərin təqdim edilmədiyindən qanun layihələrin səsə qoyulmasını təklif etdilər. 

Gündəlikdəki digər qanun layihələ­rinin müzakirəsindən sonra “Azərbay­can Respublikasının orden və medalla­rının təsis edilməsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə məsələ təqdim olundu. “Azərbaycan Respubli­kası Minatəmizləmə Agentliyinin 25 illiyi (1998-2023)”, “Azərbaycan Respubli­kası Prezidentinin təhlükəsizliyini təmin edən orqanın 30 illiyi (1993-2023)” və “Azərbaycan Respublikasının xüsu­si rabitə və informasiya təhlükəsizliyi orqanlarının 30 illiyi (1993–2023)” yu­biley medallarının təsis edilməsi ilə əlaqədar qanunlara dəyişiklik layihəsi birinci oxunuşda müzakirədən sonra səsə qoyularaq qəbul edildi.

“Ödəniş xidmətləri və ödəniş sis­temləri haqqında” qanun layihəsini İq­tisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim etdi. Bu qanunun ödəniş imkanlarını genişləndirəcəyini diqqətə çatdıran ko­mitə sədri sənədin qəbulundan sonra nağdsız ödənişlərin əhatə dairəsinin innovativ texnologiyalar və rəqəmsal ödəniş alətləri əsasında daha da artırıl­masına təkan verəcək. 

Qanun layihəsi birinci oxunuşda qə­bul edildi.

Qanun layihələrinin müzakirəsin­dən sonra S.Qafarova 26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar təbriklərini çatdırdı. Dedi ki, bu gün silahlı qüvvələ­rimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qo­runması naminə öhdələrinə düşən və­zifələri layiqincə yerini yetirirlər. 

S.Qafarova qeyd etdi ki, bu gün silahlı qüvvələrimiz işğaldan azad olunmuş bölgələrin müdafiəsi, dövlət sərhədlərimizin qorunması naminə öz vəzifələrini layiqincə yerinə yetirirlər. O, əminliklə bildirdi ki, Azərbaycan Silahlı Qüvvələri qarşıdakı illərdə daha da inki­şaf edəcək, dünyanın ən güclü orduları sırasında öz mövqeyini və yerini möh­kəmləndirəcək. 

Sədr Silahlı Qüvvələr Günü münasi­bətilə müzəffər Ali Baş Komandan, Pre­zident İlham Əliyevi, silahlı qüvvələrin qəhrəman əsgər və zabitlərini, bütün hərbi qulluqçularını təbrik etdi.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər