Fərid Qayıbov UNESCO nümayəndə heyətini qəbul edib

post-img

Gənclər və idman naziri Fərid Qayıbov MINEPS VII konfransı ilə əlaqədar ölkəmizdə səfərdə olan UNESCO nümayəndə heyətini qəbul edib.

Nazir MİNEPS VII konfransına hazır­lıq işləri barədə qonaqları məlumatlan­dırıb. UNESCO-nun sosial və humanitar elmlər üzrə baş direktonun müavini Qab­riela Ramos Azərbaycanda olmaqdan məmnunluğunu qeyd edib.

Görüşdə MINEPS VII konfransının ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd olunub və təşkilati işlərin başa çatdığı bil­dirilib. Konfransın proqramında əks olu­nan məsələlər, o cümlədən də “Fit for life” layihəsinin əhəmiyyəti barədə fikir müba­diləsi aparılıb.

Son xəbərlər