Söyüdlülər tibbi müayinədən keçirlər

post-img

Gədəbəyin Söyüdlü kəndində əhalinin sağlamlıq vəziyyətinin öyrənilməsi məqsədilə səhiyyə orqanları Söyüdlü kənd sakinlərinin tibbi müayinələrini təşkil edib.

Gədəbəy Rayon Mərkəzi Xəstəxana­sının 16 nəfərdən ibarət tibbi briqadası tərəfindən Söyüdlü həkim tibb məntəqə­sində yerli sakinlərin tibbi müayinələri aparılır. Həkim briqadasının tərkibinə terapevt, kardioloq, pediatr, lor, cərrah, nevroloq, psixiatr, ultrasəs və laborator xidmətlər üzrə mütəxəssislər daxildir.

İndiyədək müayinədən keçmək üçün müraciət edən 30 nəfərədək vətəndaşın hər biri zəruri laborator və instrumental müayinələrdən keçirilib və onlarda xüsusi patologiyalar aşkar edilməyib.

***

Qeyd edək ki, Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin sağlamlığının və ətraf mühitin qorunması sahəsində vətəndaşların müraciətlərinin araşdırıl­ması məqsədilə müvafiq komissiya tərə­findən ərazidə kompleks monitorinqlər davam etdirilir.

Komissiyadan bildirilib ki, hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən ət­raf mühitə təsirlər qiymətləndirilir, tibbi sağlamlıq nöqteyi-nəzərindən xəstəliklə­rin statistikası və dinamikası təhlil edilir, tibbi müayinələr keçirilir. Pay torpaqların­da və örüş sahələrində məhsuldarlığa, mal-qaraya neqativ təsirlər öyrənilir, su və torpaq nümunələri götürülərək analiz­lər aparılır, atmosfer havasının keyfiyyəti yoxlanılır.

Aparılan kompleks monitorinqlərin nəticələri təhlil olunacaq və təkliflər ha­zırlanaraq Nazirlər Kabinetinə təqdim ediləcək.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində tullantıxana sahəsin­də monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sərəncamı ilə komissiya yaradılıb, ekologiya və təbii sərvətlər na­ziri Muxtar Babayev komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə sə­hiyyə nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı naziri­nin müavini, Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdi­ri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi və Gə­dəbəy Rayon İcra Hakimiyyətinin başçısı daxildir.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”



Sosial həyat