Milli Məclisdə 33 qanun layihəsi müzakirə olundu

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar yaz sessiyasının növbəti plenar iclası keçirildi. 

Gündəliyin təsdiqindən sonra depu­tatlar cari məsələlər barəsində fikirlərini səsləndirdilər. Bir neçə gün əvvəl Gədə­bəy rayonunun Söyüdlü kəndində baş verən hadisələrlə bağlı çıxış edən de­putat Elnur Allahverdiyev dedi ki, əha­linin qarşılaşdığı problemlər tədricən öz həllini tapır. Təəssüf ki, bəzi araqa­rışıdranlar və ölkəmizin inkişafını gözü götürməyən ünsürlər belə hadisələrdən siyasi məqsədlər üçün istifadə edərək, ölkədə qarşıdurma yaratmağa çalışırlar. 

Deputat Fazil Mustafa Zəngəzur dəhlizi istiqamətində aparılan müba­rizənin öz bəhrəsini vermək ehtimalın­dan bəzi qüvvələrin təşvişə düşdüyünü və Söyüdlü kəndində baş verən ha­disələrin kökündə dayanan amillərdən birinin də məhz bu olduğunu diqqətə çatdırdı. Bu qüvvələr ölkədə təlatüm yaratmaq üçün Gədəbəydəki süni gölü hədəf seçdilər. 

Çıxış edən digər deputatlar da baş verən hadisələrdə bəzi xarici qüvvələ­rin əlinin olduğunu bildirdilər. Onlar Söyüdlüdə yaşananları ölkədə sabitliyi pozmağa yönəlik hadisə kimi dəyərlən­dirdilər.

Sonra iclasın sədri gündəliyə 33 məsələnin çıxarıldığını, birinci və ikinci məsələlərin üçüncü oxunuşda təqdim edildiyini bildirdi. Qanun layihələri barə­də məlumat verən komitə sədrləri üçün­cü oxunuşda əlavə təklif və rəylərin daxil olunmadığını əsas gərirərək, sənədlərin səsə qoyulmasını təklif etdilər.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Banklar haqqında” qanunlarda dəyişiklik edil­məsi barədə məlumat verdi. Bildirdi ki, qanun layihələrində bank sahəsində tənzimləmə sisteminin təkmilləşdirilmə­si və səmərəliliyinin artırılması ilə bağlı dəyişikliklər nəzərdə tutulub. 

Deputatların təklif və rəylərinə mü­nasibət bildirən Mərkəzi Bankın sədri Taleh Kazımov dedi ki, bizim əsas si­yasətimiz qiymətlərin sabitliyi ilə bağlı­dır. 

T.Kazımov Azərbaycanda hüquqi və fiziki şəxslər üzrə kredit faizinə də münasibət bildirdi. Dedi ki, bu, qonşu ölkələrdən aşağıdır. Onun deməsinə görə, Azərbaycanda kredit faizi hüquqi şəxslər üzrə 10,1 faiz, fiziki şəxslər üçün isə 16,1 faizdir. Kredit faizləri bir neçə amildən formalaşır. Yüksək infl­yasiya şəraitində kredit üzrə faizlərin azaldılması məqbul hesab edilmir. Bu, inflyasiyanı kəskin artıra bilər. Bu da makroiqtisadi göstəricilər üçün qəbul edilən deyil. 

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim etdikdən sonra deputatlar son vaxtlar ölkədə dərman vasitələrini qiymətlərinin yuxarı olması­nın səbəbi ilə maraqlandılar və Səhiyyə Nazirliyindən bu suala cavab verilmə­sini tələb etdilər. Qeyd edildi ki, digər ölkələrlə, xüsusilə də qardaş Türkiyə ilə müqayisədə qiymətlər çox bahadır. Bu­nun səbəbi araşdırılmalıdır.

S.Qafarova digər qanun layihələri­nin Prezidentin məktubu ilə daxil edil­diyini, məzmun və mahiyyətcə oxşar olduğunu bildirdi.

Qanun layihələri səsə qoyularaq qə­bul edildi.

Ə. BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər