ABŞ-ın Müstəqillik Günü qeyd edilib

post-img

İyunun 23-də ABŞ-ın Azərbaycandakı səfirliyi ölkəsinin müstəqilliyinin elan olunmasının 247-ci ildönümü ilə əlaqədar Bakıda tədbir təşkil edib.

Tədbirdə əvvəlcə Azərbaycan Musiqi Aka­demiyasının xorunun ifa­sında Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Amerika Birləşmiş Ştatla­rının ölkəmizdəki səfirliyi­nin müvəqqəti işlər vəkili Hüqo Qevara bildirib ki, ABŞ-ın Azərbaycanla 30 ildə əməkdaşlıq əlaqələri genişlənib, şaxələnib. O, ABŞ-Azərbaycan müna­sibətlərindən söz açaraq, bu əməkdaşlığın indi də müxtəlif istiqamətlərdə davam etdiyini vurğula­yıb.

Sonra çıxış edən Azərbaycanın maliyyə naziri Samir Şərifov ötən il Azərbaycan və ABŞ arasında diplomatik mü­nasibətlərin 30-cu ildö­nümünün qeyd edildiyini bildirib. “İnanırıq ki, ABŞ Cənubi Qafqaz regionun­da uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar edilməsini, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən quru­laraq ölkə iqtisadiyyatına reinteqrasiyasını və tarixi torpaqlarımıza Böyük Qa­yıdışın təmin olunması­na yönəlmiş Azərbaycan dövlətinin səylərini bölü­şür və bu səyləri dəstək­ləyəcək”, - deyə əlavə edib.

Son xəbərlər