Fidan və Blinken Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər

post-img

“Anadolu” xəbər verir ki, xarici işlər naziri Hakan Fidan ilə ABŞ-ın dövlət katibi Entoni Blinken arasında Londonda keçirilən görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, Ukraynadakı vəziyyət, NATO-nun genişlənməsi və ikitərəfli əlaqələr müzakirə olunub.

Ankaradakı diplomatik mənbələrdən verilən məlumata görə, müzakirələr Ukraynanın yenidən qurulmasına dair iki günlük Beynəlxalq Konfrans çərçivəsində baş tutub.

"Xalq qəzeti"

Son xəbərlər