Son Çempionlar Liqasının qalibi Səudiyyə Ərəbistanına keçə bilər

post-img

Marca: "ManCity"nin yarımmüdafiəçisi Bernardo Silva Səudiyyə Ərəbistanı klubuna keçə bilər.

 

 

"Mançester Siti"nin və Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva karyerasını Səudiyyə Ərəbistanı çempionatının klublarından birində davam etdirə bilər. Bu barədə İspaniyanın “Marca” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, transfer tamamlanmaq üzrədir, lakin futbolçunun keçəcəyi klub hazırda gizlədilir.

Cari transfer pəncərəsi zamanı 2022-ci ilin "Qızıl topu"nun qalibi Kərim Benzema və 2018-ci ilin dünya çempionu N'Qolo Kante Səudiyyə Ərəbistanına köçüb.

İngiltərə Premyer Liqasının (APL) son mövsümündə Bernardo Silva 34 oyuna çıxıb, 4 qol vurub və 5 məhsuldar ötürmə verib.

"Xalq qəzeti"

İdman