Ortaq mədəni incimiz – qədim türk əlifbası

post-img

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında qədim türk əlifbasının oxunmasının 130 illiyinə həsr olunmuş “Qədim türk yazı mədəniyyəti” adlı beynəlxalq konfrans keçirilib.

Qazaxıstan, Qırğızıstan, Türkiyə, Al­maniya, Monqolustan və Polşadan olan tanınmış türkoloqların iştirak etdiyi təd­bir Azərbaycan Respublikasının UNES­CO üzrə Milli Komissiyası, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondu, UNESCO üzrə Türkiyə Milli Komissiyası və Azərbay­can Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşib.

Beynəlxalq konfransda Dövlət İdarə­çilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov, Beynəlxalq Türk Aka­demiyasının prezidenti, akademik Şa­hin Mustafayev, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun pre­zidenti Günay Əfəndiyeva 130 il əvvəl qədim türk runik yazısının kəşfinin bütün bəşər tarixində ən önəmli hadisələrdən biri olduğunu, konfransın Türk siviliza­siyasının gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət daşıdığını söyləyiblər. 

Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının baş katibi Seymur Fətəliyev, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının üzvü Həsən Həsənov da konfransın türk xalq­larının yazı mədəniyyətinin, onun bəşər sivilizasiyasında yerinin təbliğ edilmə­si və gələcək tədqiqat prioritetlərinin müəyyən edilməsi baxımından önəmini qeyd ediblər.

Beynəlxalq konfrans plenar iclaslarla davam edib.

“Xalq qəzeti”

Son xəbərlər