Ermənistan hərbçiləri mövqelərimizi atəşə tutub

post-img

İyunun 12-də saat 13:35-dən saat 14:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atəşə tutub.

Bölmələrimiz düşmənin atəş nöqtələrini susdurub. 

Bundan başqa, qeyri-qanuni er­məni silahlı dəstələrinin üzvləri saat 11:15-dən 16:50-dək kənd təsərrüfatı iş­ləri adı altında ordumuzun Füzuli və La­çın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələ­rinin gördüyü təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayan­dırılıb.

Son xəbərlər