Berluskoninin mirasının məbləği açıqlandı

post-img

İyunun 12-də vəfat edən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin mirası 4 milyard avro dəyərində qiymətləndirilir.

Bu məbləği "Corriere della Sera" qəzeti açıqlayıb.

Berluskoninin "Fininvest" media qrupunun səhmlərinin 61 faizinə sahib olduğu, qalan hissəsinin isə beş uşağına məxsus olduğu dəqiqləşib. Keçmiş baş nazirin qızı Marina "Fininvest"in prezidentidir.

Bundan əlavə, Berluskoninin İtaliyada ondan çox villası, Roma və Milanda mənzilləri, eləcə də digər daşınmaz əmlakı var. O, həmçinin "Monza" futbol klubunun sahibi idi.

Silvio Berluskoni iyunun 12-də Milanda "San Raffaele" xəstəxanasında 87 yaşında vəfat edib. Yazda siyasətçiyə leykoz diaqnozu qoyulmuşdu.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər