Əli Əsədov Rusiya Prezidenti Vladimir Putinlə görüşdə iştirak edib

post-img

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyunun 9-da Soçiyə işgüzar səfəri çərçivəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının üzvlərinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşündə iştirak edib. 

Nazirlər Kabinetinin mətbuat xidmə­tindən bildiriblər ki, Rusiya Prezidenti MDB Hökumət Başçıları Şurasının üzv­lərini salamlayıb. 

Ə.Əsədov görüşdə çıxış edərək Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin salamlarını və ən xoş arzularını Rusiya Prezidenti Vladimir Putinə çatdırıb. 

Baş nazir Azərbaycan-Rusiya stra­teji tərəfdaşlığının ikitərəfli gündəliyində yer alan məsələlərə də toxunub.

Son xəbərlər