Ərdoğanın qələbəsi Afrika ölkələrində sevinclə qarşılanıb

post-img

Mavritaniya xalqı Türkiyədə Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qalib gəlməsini böyük sevinclə qarşılayıb. Bu barədə məlumatı “Anadolu” agentliyi yayıb. 

Bununla bağlı sosial mediada paylaşılan görüntülərdə paytaxt Nuakşotda yüzlərlə insanın maşınlarını türk bayraqları ilə bəzəyərək küçələrə çıxdığı müşahidə olunur. Ərdoğanı təbrik edənlər maşınlarını ABŞ-ın paytaxtdakı səfirliyi qarşısında saxlayıblar.

Qeyd edək ki, seçkinin nəticələri açıqlandıqdan dərhal sonra çox sayda Afrika lideri Ərdoğana təbriklərini çatdırıb. 

Qitənin Eritreya, Seneqal, Somali, Toqo və Madaqasqar kimi ölkələrindən gəlmiş təbrik mesajlarında son illərdə inkişaf edən əlaqələrin daha da genişlənməsi ilə bağlı niyyətlər ifadə olunub.  

P.ƏMİRCANOV

"Xalq qəzeti”

Dünya