Beynəlxalq axtarış-xilasetmə təlimi

post-img

 

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix - 2023” (“Anadolu Ankası - 2023”) beynəlxalq axtarış-xilasetmə təlimi davam edir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, bey­nəlxalq təlimin növbəti mərhələsində paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Ssenariyə əsasən, təlim iştirakçıla­rı qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilas və təxliyə edilməsi üzrə növbəti fəaliyyəti uğurla icra ediblər.

Tapşırıqların yerinə yetirilməsində əsas diqqət şəxsi heyətin paraşütlərdən istifadə bacarıqlarının təkmilləşdirilmə­sinə, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılması­na yönəldilib.

Qeyd edək ki, beynəlxalq təlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüv­vələrinin pilotları, texniki heyəti və aviasi­ya vasitələri ilə yanaşı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin hərbi qulluqçuları təmsil edir­lər.

Son xəbərlər