Xalq yazıçısı Anarla görüş

post-img

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı (II LitBookFest) çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş keçirilib.

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək kitab festivalın əhəmiyyətindən danışıb. Kitab festi­valı çərçivəsində görkəmli yazıçılarla, sənət adamları ilə görüşlərin keçirilməsi ənənəsinin bütün dünyada mövcud ol­duğunu söyləyən alim görkəmli yazıçı və tanınmış ictimai xadim Anarın çox­cəhətli yaradıcılıq fəaliyyətindən bəhs edib.

Akademik İsa Həbibbəyli Xalq yazı­çısı Anarın Azərbaycanda ideologiya­dan kənar, xalqa xidmət edən ədəbiy­yat yaratdığını və ədibin xalqımızı milli istiqlal uğrunda mübarizəyə hazırlayan ədəbiyyatın yaradıcılarından biri oldu­ğunu qeyd edib. 

Anarın türk dünyasında böyük nüfu­za malik görkəmli yazıçı olduğunu söy­ləyən akademik İsa Həbibbəyli ədibin əsərlərinin Qərbin və Şərqin 40-a yaxın dilinə tərcümə olunduğunu diqqətə çat­dırıb. O, Anarın bu yaxınlarda türk dün­yası ədəbiyyatının inkişafındakı xidmət­lərinə görə Özbəkistan Respublikasının “Dostluq” ordeni ilə təltif olunduğunu xatırladıb. Həmçinin yazıçının TÜRK­SOY-un Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin başqanı seçildiyini bildirib.

Sonda Xalq yazıçısı Anar çıxış edərək tədbirin təşkilatçılarına, iştirak­çılarına, diqqətli oxucularına minnətdar­lığını bildirib.

Son xəbərlər