Neftçalada II magistral su kəməri

post-img

Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə tikilən ikinci magistral su kəmərinin inşası yekunlaşıb. Şirvan-Muğan qrup su kəmərindən qidalanan ikinci kəmər Neftçala şəhəri ilə yanaşı, rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək. 

Azərbaycan Respub­likasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilmə­sinə dair Tədbirlər Planı” çərçivəsində içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələ­rinin, o cümlədən Neftçala rayonunun kənd və qəsə­bələrinin içməli su təchiza­tında yaranan problemin həlli məqsədilə çəkilən birinci kəmər 2020-ci ildə istismara verilmişdir. Bu kəmər Neftçala şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etməyə imkan yaradırdı. İçməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdı­rılması üçün əlavə su həcmlərinə ehtiyac yaranmışdır. 

Bunlar nəzərə alınaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin layihəsi əsasında Şirvan-Muğan qrup su kəmərin­dən Neftçala şəhərinə ikinci magistral su kəməri çəkilib. 450-560 mm diametrli bo­rularla 38 kilometr uzunluğunda inşa edil­miş ikinci magistral kəmər Salyan şəhərin­də yeni tikilmiş 7500 kubmetr tutumu olan su anbarından qidalanır. Yeni kəmərin bi­rinci Salyan-Neftçala magistral su kəmə­rilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın art­dığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq. 

Xatırladaq ki, 2020-ci ildə icra olunan layihə çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 kilometr uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Bu layihələr Neftçala şəhəri və rayonun kənd­lərində 80 mindən çox sakini keyfiyyətli iç­məli su ilə təmin edəcək.

M.QULİYEV, “Xalq qəzeti”

Son xəbərlər