Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək

post-img

Türkiyədə mayın 14-də keçirilən prezident seçkilərində namizədlərin heç biri 50 faizdən çox səs toplamadığı üçün səsvermənin ikinci turu keçiriləcək

Bunu Türkiyə Yüksək Seçim Kurulu­nun (MSK) sədri Ahmet Yener bildirib. Onun sözlərinə görə, prezident seçkilə­rinin ikinci turunun bazar günü, mayın 28-də keçirilməsi qərara alınıb.

MSK-nın sədri deyib ki, yerli vaxtla saat 15:15-dək seçki qutularının hamısı açılıb. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifətin lideri Kamal Kılıçdaroğlu 44,88 faiz, ATA itti­faqının namizədi Sinan Oğan 5,7 faiz səs toplayıb. Seçici fəallığı 88,92 faiz təşkil edib.

Prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan və Kamal Kı­lıçdaroğlu mübarizə aparacaq və qalib sadə səs çoxluğu ilə müəyyənləşəcək.

“Xalq qəzeti”

Son xəbərlər