Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı ilkin məlumatlar açıqlanır

post-img

Türkiyə Yüksək Seçim Qurumu seçkilərin ilkin nəticələrinin yayımlanması ilə bağlı qadağanı aradan qaldırdıqdan sonra səsvermənin nəticələri açıqlanmağa başlayıb.

AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, ilkin nəticələr belədir: Rəcəb Tayyib Ərdoğan 57,46 faiz, Kemal Kılıçdaroğlu 36,66, Sinan Oğan 5,28, Muharrəm İncə 0,6 faiz səs.

İndiyədək seçki qutularının 12,83 faizi açılıb. Səslərin sayılması prosesi davam edir.

Qeyd edək ki, prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.

Həmçinin Türkiyə Böyük Millət Məclisinə 87 seçki dairəsində 600 millət vəkili seçiləcək. Seçkilərdə 24 partiya və 151 müstəqil namizəd iştirak edib.

Son xəbərlər