Ər-Riyad Sudandakı əcnəbilərin təxliyəsini təmin edir

post-img

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən verilən məlumatda bildirilir ki, Krallıq səudiyyəli vətəndaşlarla yanaşı, dost və qardaş dövlətlərin sakinlərinin, o cümlədən diplomat və beynəlxalq vəzifəlilərin də Sudan Respublikasından  təxliyəsini diqqətdə saxlayır. Bu, həmçinin, beynəlxalq birliyin etibarlı tərəfdaşı olan Səudiyyə Ərəbistanı Krallığının səmərəli rolunun təsdiqi kimi, dost və qardaş dövlətlərin öz vətəndaşlarının təxliyəsi barədəki müraciətlərinə cavab olaraq həyata keçirilmişdir. Belə ki, dəniz yolu ilə təxliyə əməliyyatları Xartumdan Port Sudan limanına, oradan isə Ciddə şəhər limanına, hava yolu ilə isə Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrlə Ciddə şəhərindəki Kral Abdullah Hava Bazasına çıxarılmanı təmin edib. Mayın 8-ə olan məlumata görə, təxliyə edilənlərin ümumi sayı 8498 (278 Səudiyyə Ərəbistanı vətəndaşı və aşağıdakı bir sıra dost ölkələrdən olan 8220) nəfərə çatmışdı. 

Təxliyə edilənlər arasında Azərbaycan, Türkiyə, Pakistan, İndoneziya, Çin, Küveyt,  BƏƏ, Qətər, Bəhreyn, Oman, İraq, Yəmən, Misir, Suriya, Tunis, Livan, Liviya, Əlcəzair, Mərakeş, İordaniya, Fələstin, Əfqanstan, Hindistan, Banqladeş, Nepal, Myanmar, Monqolustan, Filippin, Şri-Lanka, Tayland, Sinqapur, Vyetnam, Komboca, Malayziya, İran, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Avstraliya, Amerika Birləşmiş Ştatları, Kanada, Nikaraqua, Panama, Paraqvay, Ekvador, Böyük Britaniya, Rusiya, İsveç, İtaliya, Niderland, Almaniya, Xorvatiya, İsveçrə, Yunanstan, Bolqarıstan, İrlandiya, Bosniya və Herseqovina, Norveç, Serbiya, Polşa, Macarıstan, Fransa, Belçika, Rumıniya, Avstriya, Makidoniya, Mavritaniya, Somali, Cibuti, Cənubi Sudan, Tanzaniya, Efiopiya, Syerra-Leone, Nigeriya, Seneqal, Kabo-Verde, Kot-d'İvuar, Botsvana, Malavi, Liberiya, Konqo, Moqadişo, Burkina-Faso, Keniya, Uqanda, Zimbabve, Burundi, Çad, Niger, Qambiya, Cənubi Afrika, Zambiya, Benin, Mali, Mozambik, Qana, Qvineya, Ruanda, Eritreya, Namibiya, Mavriki (BMT-nin bir neçə işçisi) vətəndaşları vardır.

Əlavə olaraq qeyd edilir ki, Səudiyyə Ərəbistanı Krallığı Sudanda qan tökülməsinə son qoymaq, döyüşləri dayandırmaq, siyasi həll prosesinə qayıtmaq üçün səylər göstərməkdə davam edir. Bu məqsədlə Sudandakı qruplar, qardaş və dost dövlətlər, beynəlxalq təşkilatlarla təmaslar qurulur. Krallıq həmçinin qardaş və dost dövlətlərlə birgə atəşkəsin bərqərar olmasına, humanitar dəhlizlərin açılmasına və mülki əhalinin qorunmasına stimul verir. Bundan əlavə, krallıq 24 saat ərzində özünün bütün dövlət qurumlarının müntəzəm səyləri ilə təxliyə əməliyyatlarının təşkili və koordinasiyasında mərkəzi rolunu icra edərək, bütün ölkələrin mülki vətəndaşlarını sağ-salamat çıxarmağa, qardaş və dost dövlətlərə bu sahədə bütün yardımları göstərməyəçalışır.

İttifaq MİRZƏBƏYLİ, 

“Xalq qəzeti” 

 

Son xəbərlər