MN: Ermənistan tərəfi növbəti təxribata zəmin yaradır

post-img

Basarkeçər rayonunun Zod istiqamətində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirən Ermənistan silahlı qüvvələri bölmələrinin aktivliyi tərəfimizdən müşahidə edilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Xalq qəzeti"nə bildirilib ki, bununla qarşı tərəf növbəti təxribata zəmin yaratmağa cəhd göstərir.

Bir daha bildiririk ki, bölgədə yaranmış gərginliyə görə bütün məsuliyyət məhz Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Siyasət