Bu gün UEFA Konfrans Liqasında yarımfinalın ilk matçları keçiriləcək

post-img

Bu gün UEFA Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilicək. Belə ki, yarımfinal görüşləri çərçivəsində  "Fiorentina"  İtaliyada İsveçrənin "Bazel" klubunu qəbul edəcək. Digər matçda isə Niderlandın "AZ Alkmaar" klubu İngiltərədə "Vest Hem"in qonağı olacaq.

Qeyd edək ki, hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

 

Elçin ABBASOV,

"Xalq qəzeti"

İdman