Milli Məclisin nümayəndə heyəti Ankara şəhərinə səfər edəcək

post-img

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin rəhbərlik etdiyi nümayəndə heyəti Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM ) 30 illiyinə həsr olunmuş Zirvə toplantısında, təşkilatın plenar sessiyasında, həmçinin Büro və Daimi komitə iclaslarında iştirak etmək üçün mayın 3-də Türkiyənin Ankara şəhərinə səfər edəcək.

Nümayəndə heyətinə deputatlardan - Milli Məclisin QDİƏTPM-dəki nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, komitə sədri Musa Quliyev, Kamran Bayramov, Jalə Əhmədova, Ramin Məmmədov, Elşad Mirbəşir oğlu və digər şəxslər daxildirlər.

İclaslarda sözügedən təşkilatın 30-cu ildönümü: ümumi coğrafiya, ümumi baxış və gələcək”, “Qlobal dəyişikliklərin dinamikasında parlament diplomatiyasının rolu: inkişaf, sülh və sabitlik” və gündəliyinə daxil olan digər məsələlər müzakirə olunacaq, müvafiq qərarlar qəbul ediləcəkdir.

Parlament nümayəndə heyətinin səfəri mayın 5-də başa çatacaq.

Anar Əli,
“Xalq qəzeti”

Son xəbərlər