Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini Adil Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Marneulidə azərbaycanlılarla görüşüb.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev iki ölkə arasındakı yüksək səviyyəli münasibətlərdən, ordumuzun 44 günlük müharibədə şanlı Zəfəri barədə danışıb.
Səfir, 2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən “Heydər Əliyev ili” elan olunduğunu bildirib və Gürcüstanda Ulu Öndərə həsr olunmuş silsilə tədbirlər keçirildiyini vurğulayıb. Səfir həmçinin Azərbaycan-Gürcüstan dostluğundan danışıb və Türkiyədən sonra Azərbaycanın Gürcüstana indiyədək 3,6 milyard sərmayə yatıran ölkə olduğunu bildirib.
Sonra Milli Məclis sədrinin müavini Adil Əliyev Gürcüstan parlamentində, Kvemo- Kartli qubernatorluğunda keçirdiyi görüşlər barədə məlumat verib. O, azərbaycanlı tələbələrlə görüşdüyünü də vurğulayıb.
Nizami Məmmədzadə,
Əməkdar jurnalist

