Leyla Kərimova Tbilisidə qızıl medal qazanıb

post-img

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin para-pauerliftinq idman növü üzrə milli komandasının üzvü Leyla Kərimova Gürcüstanın Tbilisi şəhərində keçirilən Dünya kubokunda gənclər arasında 76 kq nəticə göstərərək fərdi çəkidə  Avropa rekordunu qıraraq qızıl medal qazanıb. Bu nəticə ilə idmançımız ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub.

Qeyd edək ki, Leyla Kərimova  umumi kateqoriyada isə 147 kq nəticə ilə yarışı 4 cu pillədə tamamlayıb.

İdmançımızı təbrik edirik!

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman