Türkiyə XİN: Heç kəs unutmamalıdır ki, 1915-ci il hadisələri siyasətçilərin öz planlarına və daxili siyasi mülahizələrinə görə müəyyən edilə bilməz

post-img

Türkiyə Xarici işlər Nazirliyi 1915-ci il hadisələri ilə bağlı bəyanat yayınlayıb. Bəyanatda deyilir:

-"1915-ci il hadisələri ilə bağlı reallığa və beynəlxalq hüquqa uyğun gəlməyən təəssüf doğuran bəyanatlar tarixi siyasi motivlərlə yenidən yazmağa yönəlmiş əbəs cəhdlərdir.

Heç kəs unutmamalıdır ki, 1915-ci il hadisələri siyasətçilərin öz planlarına və daxili siyasi mülahizələrinə görə müəyyən edilə bilməz. Belə yanaşma yalnız tarixin saxtalaşdırılmasına gətirib çıxarır. Bu qərəzli mövqeyi saxlamaqda israr edənlər tarixdə ucuz siyasi fürsətçi kimi adlanacaqlar.

Bizim üçün etibarsız olan bu açıqlamaları rədd edir və bu yanlışda israr edənləri ən sərt şəkildə qınayırıq. Heç kim və heç bir qurum Türkiyəyə öz tarixini öyrədə bilməz.

Dar düşüncəli siyasi hesablamalara xidmət edən və tarixdən düşmənçilik çıxarmağa çalışan bu dairələri bu ağır səhvləri düzəltməyə, təklif etdiyimiz Birgə Tarix Komissiyasına dəstək verməyə, dövlətimizin başçısının rəhbərlik etdiyi regional sülh və əməkdaşlıq səylərinə töhfə verməyə çağırırıq".

Son xəbərlər