ABŞ səfiri erməniləri məyus etdi

post-img

Dünən ABŞ Dövlət Departamentinin bəyan etmişdi ki, "Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratmasından narahatdır". Bunu aprelin 24-də İrəvanda jurnalistlərə müsahibəsində ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn deyib.

Onun sözlərinə görə, "istənilən zorakılıq, istənilən təxribat sülh prosesini pozur". “Biz tərəflər arasında danışıqların aparılmasını istəyirik və sülh prosesini dəstəkləməyə hazırıq. Biz irəliləməyə çalışırıq, sülh prosesini irəli aparmaq üçün səy göstərməyə çalışırıq”, - deyə Kuinn əlavə edib.

Erməni jurnalistləri səfirə təxribat xarakterli sual da ünvanlayıblar. Belə ki, “Dağlıq Qarabağ xalqı ilə baş verənləri soyqırım cəhdi adlandırmaq olarmı” sualına səfir cavab verib ki, hazırda onun belə bir qiymətləndirmə aparmaq səlahiyyəti yoxdur.

Amerikalı səfir ABŞ-ın Azərbaycana qarşı sanksiyalarının olmadığını da deməklə erməniləri məyus edib. Axı Vaşinqton da gözəl bilir ki, Azərbaycan nəzarət-buraxılış məntəqəsi yaratmaqla beynəlxalq normalara uyğun addım atıb.

S.ELAY,

"Xalq qəzeti"

Son xəbərlər