Peqov Ermənistanı nasizmdən xilas etməyə çağırır

post-img

Daha əvvəl xəbər verildiyi kimi, İrəvanda “Erməni soyqırımı qurbanlarının anım günü” ərəfəsində məşəl yürüşü keçirilib və bu yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb.

Bundan əlavə, məşəl yürüşünün iştirakçıları Rusiya bayrağını da yandırıblar. “WarGonzo” media layihəsinin rəhbəri Semyon Peqov buna diqqət çəkib.

O, teleqram kanalında Adolf Hitlerin Almaniya kansleri təyin edildiyi gün - 1933-cü il yanvarın 30-da Berlindəki məşəl yürüşü ilə Ermənistanın paytaxtındakı yürüşü müqayisə edib.

İrəvanda Rusiya bayrağının yandırılmasına reaksiya verən Peqov “Ermənistan banan respublikasını nasizmdən xilas etməyə” çağırıb.

"Nə qədər tez başlasaq, psevdo-müttəfiqlərdən arxadan bir o qədər az bıçaq zərbəsi alarıq"-, deyə Peqovə əlavə edib (haqqin.az).

Son xəbərlər