ABŞ İsveçi NATO-da görmək istəyir

post-img

ABŞ-ın müdafiə naziri Lloyd Ostin Avropaya səfəri çərçivəsində dünən Stokholma gəlib. Pentaqonun şefi Burada isveçli həmkarı Pal Yonsonla görüşündə deyib ki, “Biz İsveçi yaydan əvvəl NATO-nun üzvü kimш görmək istərdik”.

L.Ostin həmçinin bu sözləri əlavə edib: “Biz İsveçin NATO-ya sürətlə daxil olması istiqamətində səylərimi­zi davam etdirmək əzmindəyik. Çalı­şacağıq ki, yaydan əvvəl bunu başa çatdıraq. Mən bunu çox vacib hesab edirəm”. 

Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya qarşı başladığı hücumdan bir müddət son­ra Finlandiya və Ukrayna Şimali At­lantika Alyansına üzv olmaq qərarına gəlib. Lakin NATO üzvü olan Türkiyə hökuməti hər iki ölkənin ərazisində kürd yaraqlıları və onların tərəfdarla­rının himayə olunduğunu səbəb kimi gətirərək bir sıra tələblər irəli sürdü. 

Qeyd edək ki, Helsinki bu tələbləri yerinə yetirsə də, Stokholm ilə Anka­ra arasında bu məsələ ilə bağlı razı­laşma əldə olunmadığı üçün İsveçin alyansa üzvlüyü təxirə salındı. 

“Xalq qəzeti”

Son xəbərlər