Ulu öndərin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası

post-img

Təbiətin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın ümummilli lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. 

Ulu öndərin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsiz­liyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Dövlət başçısı İlham Əliyevin 29 sentyabr 2022-ci il ta­rixli sərəncamı ilə 2023-cü ilin ölkəmiz­də “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Azərsu” ASC-nin Tədbirlər Pla­nına uyğun olaraq ağacəkmə aksiyaları davam etdirilir. “+ 82 Masazır” su anbarı ərazisində təşkil olunmuş növbəti ağa­cəkmə aksiyasında Abşeron yarımadası­nın iqliminə uyğun müxtəlif növ ağaclar əkilib. Ağacəkmə aksiyasında Səhmdar Cəmiyyətin kollektivi fəal iştirak edib. 

Aksiyanın məqsədi ölkəmizdə eko­logiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla anmaq, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir. 

Yubiley tədbirləri çərçivəsində digər idarə və müəssisələr, hidrotexniki qurğu­ların ərazilərində də ağacəkmə aksiyaları keçiriləcək.

“Xalq qəzeti”

Son xəbərlər