Xatəminin türklüyü islamlaşdırmaq xülyası

post-img

İrana hər yaz gələndə, Güneyin el-obalarına Novruz bayramı qədəm qoyanda mollalar ciddi əndişələnirlər. Onlar sıraya düzülərək bu bayramın “islamlaşdırılması” yarışına başla-yırlar. 

Budəfəki novruzqabağı məs­ləhət-məşvərətdə İran Ekspertlər Məcli­sinin üzvü, Tehranın cümə imamı və Əli Xameneinin yaxınlarından olan Əhməd Xatəmi ölkədə Novruz bayramının ke­çirilməsi ilə bağlı ikibaşlı təklif verib. O, bayramın “islamlaşdırılması” xülyasını bu sözlərlə ifadə edib: “Biz bayramın keçi­rilməsinə qarşı deyilik, sadəcə, ənənəvi Novruz bayramı yerinə islami Novruz bay­ramının keçirilməsinin tərəfdarıyıq”. 

Ümumiyyətlə, Əli Xamenei bundan əvvəl də bir neçə dəfə oxşar təkliflər səs­ləndirib. O, ənənəvi tədbirlər əvəzinə, Məşhəd və Qum şəhərinə səfərlərin təş­kilini məsləhət görüb. 

Təbrizdən aldığımız məlumata görə, Əhməd Xatəminin xülyasına cavab ola­raq, güneylilər bu il Novruz bayramını əski qaydada və ikiqat artıq təntənə ilə qeyd etməyə hazırlaşıblar.

 

Rəhman GƏNCƏLİ

Son xəbərlər