Puqaçovanın malikanəsinə milyard rubl?!

post-img

“Кomsomolskaya Pravda”nın yazdığına görə, bu barədə uzun illər Rusiya şou-biznesində fəaliyyət göstərən prodüser Sergey Dvortsov məlumat vermişdir. Bildirilir ki, estrada ulduzu Alla Puqaçova Qryazi kəndindəki malikanəsinin satılması barədə çoxdan verdiyi elanın icrası müğənninin ölkədən getməsinə görə təxirə salınıb.


Prodüserin dediyinə görə, primadonna Rusiyaya beş ildən sonra qayıdacaq. Buna baxmayaraq, o, malikanəni mütləq satacaq. Dvortsov deyib ki, bir neçə ay qabaq müğənninin malikanəsini almaq istəyən məşhur biznesmenlə sövdələşmə baş tutmasa da (o, beh versə də, qiymətin bir az ucuzlaşdırılmasını xahiş etmiş, mülk sahibi isə güzəştə getməmişdi), qəsrə bir milyard rubl verməyə tam razı olan başqa bir alıcı ortaya çıxmışdır.
Xatırladılır ki, hazırda malikanədə heç kəs yaşamasa da, obyekt çox ciddi şəkildə mühafizə olunur.


İldırım İSMAYIL, “Xalq qəzeti”

Son xəbərlər