Dünən Finlandiya parlamenti Türkiyə və Macarıstanla aparılan danışıqların nəticələrini gözləmədən bu ölkənin NATO üzvlüyünü təsdiqləyib.
Qeyd edək ki, bu il aprelin 2-də Finlandiyada parlament seçkiləri keçiriləcək. Hazırkı baş nazir Sanna Marin seçkilərlə bağlı siyasi vakuumun yaranacağını nəzərə alaraq parlamentdə müvafiq qərarın mümkün qədər tez qəbul olunmasını arzulayır. Məlumatı “Euronews” agentliyi yayıb.
Marin deyib ki, Finlandiya və İsveç tezliklə Şimali Atlantika Alyansına üzv olacaqlarına ümid bəsləyir Onun sözlərinə görə, hər iki ölkə üzvlüklə bağlı bütün kriteriyalar üzrə tələbləri yerinə yetiriblər.
Xatırladaq ki, Finlandiya parlamenti – Eduskuntanın 200 üzvü var.
Hazırladı: M.HACIXANLI, “Xalq qəzeti”