İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiqləndi

post-img

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

AZƏRTAC xəbər verir ki, “İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

“İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin Nizamnaməsi” 2021-ci il martın 4-də keçirilmiş 14-cü Zirvə Toplantısı zamanı imzalanıb. Nizamnaməyə əsasən Tədqiqat Mərkəzi İƏT-in əsas fəaliyyət istiqamətləri üzrə tədqiqatlar aparılması üçün təşkilatın beyin mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin Qərargahı Bakı şəhərində yerləşir. İƏT-in Tədqiqat Mərkəzi Qəyyumlar Şurası, Elmi Şura və İcra Komitəsindən ibarət olacaq.

Qanun layihəsi səsverməyə qoyularaq təsdiqlənib.

Son xəbərlər