Oktyabrın 17-də iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Lənkəran şəhəri, Lerik və Astara rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Lənkəran şəhəri, Zərifə Əliyevə küçəsi 99 ünvanında, Lənkəran Mədəniyyət Mərkəzinin inzibati binasında keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə, “195-1” Çağrı Mərkəzinə zəng etməklə Nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.