TÜRKPA-nın yeni Baş katibi səlahiyyətlərinin icrasına başlayıb

post-img

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin səlahiyyətləri keçmiş Baş katib Mehmet Süreyya Erdendən yeni seçilmiş Baş katib Ramil Həsənə təhvil verilib.

XQ xəbər verir ki, oktyabrın 15-də təşkilatın Baş ofisində keçirilən mərasimdə TÜRKPA-nın bayrağının təqdim olunması prosesi baş tutub.

Qeyd edək ki, TÜRKPA-nın 14-cü plenar iclasında qəbul edilmiş Qərara əsasən, Ramil Həsən TÜRKPA-nın Baş katibi seçilib.

Siyasət