“Nun” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, bununla da parkın rezidentlərinin sayı 39-a yüksəlib. Agentliyin məlumatına görə, yeni rezident tərəfindən sənaye parkının ərazisində polimer kisə istehsalı layihəsinin həyata keçiriləcəyi nəzərdə tutulub.
Hindistanın “Lohia Corp Ltd.” şirkətinin texnologiyası əsasında investisiya dəyəri 11,2 milyon manat təşkil edən müəssisədə il ərzində 3120 ton laminatlı və polipropilen kisə istehsalı planlaşdırılır.