Qeyri-neft sektorunda ixrac 15 faiz yüksəlib

post-img

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın aprel  sayına əsasən, 2025-ci ilin I rübündə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı  2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,7 faiz artaraq 772 milyon  ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 15  faiz artaraq 225 milyon dollara çatıb.

Bu ilin yanvar-mart aylarında ixrac olunan qiymətli və ya azqiymətli daşlar və metallar ötən ilin müvafiq dövrünə nəzərən 46,7 milyon dollar və ya 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 9,1 milyon dollar və ya 76,8 faiz, kimya sənayesi məhsulları 21,9 milyon dollar və ya 33,4 faiz, şəkər 976,3 min   dollar və ya 18,8 faiz, meyvə-tərəvəz 20,8 milyon dollar və ya 15,7 faiz, alüminium və ondan hazırlanan məmulatlar 4,9 milyon dollar və ya 10,2 faiz, spirtli və spirtsiz içkilər 724 min dollar və ya 5,7 faiz artıb.

Cari ilin yanvar-mart aylarında ixrac edilən aqrar məhsullar 12,3 faiz artaraq 170,5 milyon  dollara, aqrar-sənaye məhsulları 17,6 faiz artaraq 69,1 milyon  dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 13,8 faiz artaraq 239,6 milyon  dollara yüksəlib.

 

İqtisadiyyat