“Araz vadisi”ndə işgüzar görüş

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə görüş keçirilib.

Dövlət Məşğulluq Agentliyinin mətbuat xidmətinin bu barədə məlumatında daha sonra bildirilir ki, “Əhalinin dayanıqlı məşğulluğunun təmin olunması istiqamətində işəgötürənlərlə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi” mövzusunda keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa köçürülən sakinlərin məşğulluğunun təminatı istiqamətində görülən işlərdən danışılıb, təqdimat edilib.

Bundan başqa görüşdə işəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığının təşkili və adıçəkilən agentliyin digər fəaliyyət istiqamətləri ilə bağlı məlumat verilib, gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.

 

İqtisadiyyat