“Fitch Solutions” (FS) şirkəti Azərbaycan üzrə hesabatında ölkəmizin inflyasiya proqnozunu azaldıb. Belə ki, FS cari il inflyasiya proqnozunu 4 faizdən 3,5 faizə, 2026-cı il proqnozunu isə 4,4 faizdən 4,2 faizə endirib. Başqa sözlə, “Fitch Solutions” inflyasiya gözləntilərini müvafiq olaraq 0,5 faiz bəndi və 0,2 faiz bəndi azaldıb.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə ölkə üzrə inflyasiyanı 5,5 faiz, 2026-cı ildə 3,8 faiz ətrafında proqnozlaşdırıb