Davos görüşləri ölkəmizin iqtisadi potensialını bir daha nümayiş etdirdi
Hər il ənənəvi olaraq İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda (DİF) respublikamızın da iştirakı dünyada cərəyan edən iqtisadi meyillər haqqında dolğun məlumatlar almağa, eyni zamanda, ölkəmizin iqtisadi potensialı, xarici investisiyaların cəlb olunması imkanlarının təqdimatına, dünyaya lazımi mesajların ötürülmə[1]sinə əlverişli şərait yaradır. Toplantıda irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Bunlar iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoquna xidmət edir və ölkəmizin dünya ictimaiyyəti üçün hesabatına çevrilir. Dövlətimizin ildən-ilə artan nüfuzu və iqtisadi imkanları, regionda baş verən hadisələr, eləcə də yeni reallıqlar fonunda keçən Davos–2025 forumu ölkəmizə daha mühüm siyasi və iqtisadi dividendlər əldə etmək üçün əlverişli şərait yaratdı, dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyasının mühüm istiqamətlərindən biri olan Azərbaycan iqtisadiyyatının biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı məsələlər ətrafında geniş söhbət – müzakirələr aparıldı.
Bu forumda cəmiyyətlərdə sosial etibarın bərpası, şəffaflıq, hesabatlılıq və idarəetmənin təkmilləşdirilməsi, dünyada iqtisadi artımın zəiflədiyi bir şəraitdə inklüzivlik, dayanıqlılıq və davamlı inkişaf yönündə yeni iqtisadi modellərin tətbiq olunması, insan kapitalına müasir yanaşmalar, iqlim dəyişikliyi və ətraf mü[1]hitin çirklənməsi ilə mübarizə və digər məsələlər müzakirə edildi.
Bütün bunlarla yanaşı, Davos –2025 forumu ölkəmizin qlobal arenadakı mövqeyini gücləndirmək, investisiya cəlb etmək və strateji tərəfdaşlıqlar qurmaq üçün mühüm fürsətə çevrildi. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən görüşlərdə Azərbaycan reallıqları beynəlxalq ictimaiyyətə təqdim edildi, respublikamızda baş verən iqtisadi meyillər haqqında dolğun məlumat verildi. Dövlət başçısının Davos–2025 forumu çərçivəsində keçirdiyi çoxsaylı görüşlərdə ölkəmizin “yaşıl” enerji, tranzit potensialı və texnoloji innovasiyalar sahəsində bö[1]yük perspektivlərə malik olması qarşı tərəfin diqqətinə çatdırıldı.
Forumda müzakirələr 5 əsas istiqamət üzrə təşkil olunmuşdu. Belə ki, müzakirələrə inkişafın yenidən dizayn edilməsi, intellektual əsrdə sənayelər, insan kapitalına investisiya, planetin mühafizəsi və eti[1]madın bərpası mövzuları daxil edilmişdi. Forum çərçivəsində təşkil olunan sessiya[1]larda qlobal təhlükəsizlik, ticarət, iqtisadi artım, iş yerləri, iqlim və təbiətlə bağlı fəa[1]liyyətlər, enerji keçidi, texnoloji pozulmalar, sağlamlıq və rifah üzrə irəliləyişlərlə əlaqədar müzakirələrin keçirilməsi yüksək dəyərləndirildi. Fikir mübadiləsində əsas məqsəd kollektiv fəaliyyət azadlığını gerçəkləşdirmək və liderlər arasında şəffaflıq, ardıcıllıq və hesabatlılıq kimi əsas prinsipləri gücləndirmək idi və demək olar ki, buna tam nail olundu.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin Davosda qarşı tərəflərin müraciəti əsasında Almaniya Kansleri Olaf Şolts, İsrailin Prezidenti İsxak Hersoq, Latviya Prezidenti Edqars Rinkeviçs, İraq rəhbəri Camal Rəşid, Ukrayna Prezidenti Volodimir Zelenski və digər şəxslərlə keçirdiyi görüşlərdə Azərbaycan ilə həmin ölkələr arasında iqtisadi, ticari, mədəni, humanitar əlaqələrin inkişaf etdirilməsi barədə geniş fikir mübadiləsi aparıldı. Biznes dairələrinin qarşılıqlı səfərlərinin təşkilinin, onlar arasında birbaşa təmasların yaradılmasının vacibliyi vurğulandı. Dövlət başçımızın dünyanın nəhəng investisiya və maliyyə şirkətlərinin rəhbərləri ilə də görüşləri yaddaqalan oldu.
Prezident İlham Əliyev Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Müşahidə Şurasının sədri Henrik Poulsen və Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşü də bir sıra mühüm məqamlarla diqqət çəkdi. Henrik Poulsen rəhbərlik etdiyi şirkətin respublikamızda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını vurğuladı, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək yaradılmış şəraitə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi.
Dövlətimizin başçısının Davosda qarşı tərəfin müraciəti əsasında dünyanın ən böyük liman operatorlarından biri olan “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim ilə görüşündə “DP World” şirkətlər qrupunun ölkəmizdəki fəaliyyətinin perspektivləri, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaratdığı imkanlar barədə müzakirələr aparıldı, Azərbaycanın regional nəqliyyat qovşağı kimi rolu xüsusi vurğulandı, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlinir ki, Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində əlverişli coğrafi mövqeyi olan ölkəmizin tranzit potensialının reallaşdırılması mühüm önəm daşıyır. Bununla bərabər beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı da iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır.
Göründüyü kimi, Prezident İlham Əliyevin Davosda bir sıra dövlət başçıları, nəhəng şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərdə də bu fikir bir daha öz təsdiqini tapıb. Dövlətimizin başçısı Davosdan özünün sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib: “Bizim xarici ölkələrlə münasibətlərimiz yalnız qarşılıqlı maraqlar və qarşılıqlı hörmət əsasında qurulur. Siyasi gücündən, yaxud da ki, böyüklüyündən, ərazilərindən asılı olmayaraq, bütün ölkələrlə bərabərhüquqlu münasibətlər qura bilmişik”.
Ekspert rəyi
Lətif ZEYNALLI,
İİTKM-in strateji planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi
55-ci Dünya İqtisadi Forumunda əsas müzakirə mövzularından biri “İnsanlara investisiya” istiqaməti üzrə gələcək nəslin dünya xəritəsini dəyişməsi fenomenidir. Bu baxımdan forum iştirakçıları tərəfindən gələcək nəslin əmək bazarına, innova[1]siyalara, iqtisadi transformasiyalara təsirinin və qlobal iqtisadiyyatın perspektivdə oynadığı rolun qiymətləndirilməsi xüsusi diqqət çəkdi.
Texnologiya əsrində dünyaya göz açan bu fərdlər gələcəyin nələr gətirəcəyini yalnız izləmək yox, həm də özləri yaratmaq istəyirlər.1996-cı ildən sonra doğulmuş və indi gəncliyini yaşayan nəsil hər şeyin dərhal gerçəkləşdiyi, hər informasiyanın bir kliklə əldə olunduğu dünyada həm gələcəyin liderləri, həm də texnologiyanın ən güclü istifadəçiləri olaraq qarşımıza çıxır.
Dünya İqtisadi Forumunun proqnozlarına əsasən, gələcək nəsil 2030-cu ilə qədər qlobal işçi qüvvəsinin 30 faizini təşkil edəcək, 2035-ci ilə qədər isə bu göstərici daha da yüksələcək. Qlobal “EY” şirkətinin əməkdaşlarının 33 faizi gələcək nəslin payına düşür və bu göstəricinin 2030-cu ilə qədər 70 çatacağı gözlənilir. Bu isə gələcək nəslin əmək bazarında sürətlə artan təsirini və onların perspektivdəki rolunu göstərir.
Gələcək nəsil COVID-19 böhranı və iqlim dəyişikliyi kimi çağırışlarla bağlı bədbin ovqatla pessimizmlə üzləşsə də, “World Data Lab” və “NielsenIQ”nin araşdırmalarına görə, bu nəsil tarixdəki ən böyük və ən zəngin nəsil olmaqla yanaşı, sərvətin daha ədalətli qlobal bölgüsünə töhfə verəcək.
Gələcək nəsil iş mühitinin dinamikalarını yenidən formalaşdırır. Adapta[1]siya bacarıqları, rəqəmsal səriştələri və kommunikasiyaya verdikləri önəm onları daim dəyişən işgüzar mühitdə uğur qazanmağa yönəldir. Qlobal tendensiyalar və onların təsiri, xüsusilə gələcək nəslin işçi qüvvəsindəki rolu Azərbaycanda da bənzər dinamika nümayiş etdirir. Ölkəmizdə 15-29 yaş aralığında olan işçilərin əmək bazarındakı payı digər yaş qrupları ilə müqayisədə 23 faizə çatıb.
Gələcək nəslin əmək bazarına daxil olması ilə Azərbaycan texnoloji tərəqqi, innovasiya və dayanıqlı iqtisadi inkişaf sahələrində yeni imkanlar əldə edir. Bu, həm yerli bizneslərə, həm də dövlət siyasətinə yeni çağırışlar və tövsiyələr gətirə bilər. Çünki gələcək nəslin əmək bazarındakı mövqeyi ölkənin iqtisadi transformasiyasını sürətləndirən amillər[1]dən biri olacaq.
Ekspert rəyi
Elnur ƏLƏKBƏROV,
İİTKM-in iqtisadi təhlil şöbəsinin müdir müavini
Dünya İqtisadi Forumunun (DİF) İsveçrənin Davos şəhərində keçirilən builki toplantısının 5 istiqamətindən biri də “İnsanlara investisiya” mövzusu idi. Xatırladım ki, bu mövzu çərçivəsində toplantının sonuna qədər 30-dan artıq panel müzakirəsi keçirildi və əsas diqqət texnoloji inkişaf nəticəsində yaranan milyonlarla iş yeri imkanından insanların faydalanmaq bacarığı qazanması məsələlərinə yönəldildi.
Eyni zamanda, texnoloji nailiyyətlərin işçi qüvvəsi üçün müsbət nəticələrə çevrilməsi istiqamətində tədbirlər görülməsinin zəruriliyi də diqqətə çatdırıldı. Beləliklə, “Dövlət və özəl sektorlar müasir, eləcə də dayanıqlı cəmiyyətin inkişafına töhfə verən insan kapitalının inkişafına və keyfiyyətli iş yerlərinin yaradılmasına necə investisiya qoya bilər?” sualı ətrafında səmərəli fikir mübadiləsi aparıldı.
Texnologiya və innovasiyalardakı sürətli irəliləyişlər qlobal iqtisadiyyata və əmək bazarlarına ciddi təsir göstərərək həm çətinliklər, həm də imkanlar yaradır. Forumun panel sessiyalarında bu çətinliklərin insan kapitalına strateji investisiyalar, əməkdaşlıq və innovativ siyasətlərlə aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Bugün qlobal əmək bazarında narahatlıq doğuran əsas məsələlərdən biri bacarıqlarda olan boşluqlardır. Bacarıq boşluğu işəgötürənin işçilərin fəaliyyəti ilə əlaqəli vəzifələri yerinə yetirmək üçün lazımi kompetensiyalara malik olmadığı vəziyyəti müəyyənləşdirir. Beynəlxalq miqyasda özəl sektorun süni intellekt və rəqəmsal infrastruktur sahələrinə illik 240 milyard ABŞ dollarından çox investisiya qoymasına baxmayaraq, bacarıq boşluğu əsas maneə olaraq qalır. DİF-in son “İş yerlərinin gələcəyi” hesabatında da bacarıqlardakı boşluqların təşkilati transformasiya üçün ən böyük maneə olduğu və işəgötürənlərin 63 faizinin işçilərin lazımi bacarıqlara malik olmaması qənaətində olduğu vurğulanır. Bu problemin aradan qaldırılması üçün bizneslər, hökumətlər və təhsil sektoru arasında əməkdaşlıq zəruridir. Təhsil, yenidən bacarıq əldə etmə proqramlarının hazırlanması və işçi qüvvəsinin planlaşdırılmasında süni intellektdən istifadəyə üstünlük verilməsi bu boşluğu aradan qaldıra bilər.
Forum çərçivəsində müzakirə olunan məsələlərə və qlobal əmək bazarının mövcud vəziyyətinə Azərbaycan kontekstində yanaşdıqda, qlobal trendlərin ölkəmizin əmək bazarı üçün də xarakterik olduğunu müşahidə etmək mümkündür. Azərbaycanın gənc əhalisinin üstünlük təşkil etməsi və əmək qabiliyyətli əhalinin yüksək paya malik olması ölkəmizin ən böyük üstünlüklərindən biri hesab olunur. Bu demoqrafik imkan pəncərəsi qarşıdakı 15-20 il ərzində açıq qalacaq və bu müddətdə texnoloji dəyişikliklərin yaratdığı fürsətləri insan kapitalına və texnologiyalara doğru sərmayələrlə dəyərləndirə bilərik. Bu hədəflərə nail olmaq üçün isə dövlət və biznes sektorunun birgə əməkdaşlığı mühüm önəm daşıyır.