ÜDM 4 faizdən çox artıb

post-img

Dövlət Statistika Komitəsindən “XQ” bildirilib ki, 2024-cü ildə ölkədə 126,3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,3 faiz, qeyri-neft-qaz sektorunda isə 6,2 faiz artıb.

ÜDM istehsalının 35,9 faizi sənaye, 10,7 faizi ticarət, 7 faizi nəqliyyat, 6,7 faizi tikinti, 5,7 faizi kənd təsərrüfatı, 1,9 faizi informasiya və rabitə sahələrinin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,8 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 12 min 382,5 manata bərabər olub.

 

İqtisadiyyat