Azərbaycanda ilk dəniz dibi dərinləşdirən gəmi inşa olunur

post-img

Bakı Gəmiqayırma Zavodunda ölkəmizin ilk  dibdərinləşdirən gəminin inşa olunur. “Damen Cutter (CSD) 650” tipli həmin gəminin bu il hazır olacağı gözlənilir. Bu barədə Niderlandın gəmiqayırma şirkəti “Damen Shipyards Group”un nümayəndəsinə istinadən “DredgingToday” saytı məlumat yayıb.

Bakı Gəmiqayırma Zavodu ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən “Damen” şirkətinin satış üzrə meneceri Aleksandr Şamray kollektivin layihə üzərində peşəkarlıqla çalışdığını və bunun məhsulun keyfiyyətinə müsbət təsir göstərdiyini bildirib. “Xüsusilə də nəzərə alsaq ki, bu, Bakıdakı tərsanədə inşa edilən ilk belə gəmidir. Tikinti işlərinin hazırkı tempi bizi qane edir”, – deyə o əlavə edib. 

Qeyd edək ki, “Mühəndis Soltan Kazımov” adlı dibdərinləşdirən gəmi Bakı Limanı üçün tikilir. Bu isə limanın genişləndirilməsi və son beş ildə Xəzər dənizinin səviyyəsinin xeyli dərəcədə aşağı düşməsi ilə  əlaqədar zəruri hesab edilir.

 

İqtisadiyyat