Ölkəmiz Şimal – Cənub nəqliyyat dəhlizinin də önəmli qovşağıdır

post-img

Beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi məkanda yerləşən Azərbaycan tranzit yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayır. Bu da ölkəmizin mühüm nəqliyyat habına çevrilməsi ilə yanaşı, tranzit sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaradır. Son illər Cənub-Şərqi Asiya ölkələri ilə Rusiya və Şimali Avropanı nəqliyyat baxımından birləşdirən Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin funksionallığının artması müşahidə olunur.

Sözügedən marşrutun funksionallığının artırılmasında yaxından iştirak edən Azərbaycanda da bu istiqamətdə vacib işlər görülür. Bu da nəqliyyat dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsi ilə tranzit daşımaların artmasına səbəb olur. Təkcə onu qeyd etmək kifayətdir ki, yola saldığımız 2024-cü ildə Şimal – Cənub dəhlizi ilə Azərbaycan ərazisindən 814 min ton tranzit yük daşınıb ki, bu da əvvəlki illə müqayisədə 28 faizdən çoxdur.

Ötən il Azərbaycan mühüm strateji əhəmiyyətə və yüksək tranzit potensialına malik Şimal – Cənub dəhlizinin inkişafı üçün qonşu ölkələr və beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində mühüm addımlar atıb. Məlum olduğu kimi, ilin son ayında Azərbaycan və Rusiya arasında Şimal – Cənub dəhlizi ilə tranzit yük daşımaları, o cümlədən dəmiryol daşımalarının inkişafı üçün əməkdaşlığı nəzərdə tutan saziş imzalanıb. Sazişin məqsədi dəmiryol infrastrukturunun və tranzit daşımalarının inkişafı üzrə əməkdaşlığın şərtlərini müəyyən etmək və Şimal – Cənub dəhlizinin Qərb marşrutunun potensialını artırmaqdır. Sözügedən saziş üzrə əməkdaşlıq sayəsində dəmiryol nəqliyyatına yeni yüklərin cəlbi stimullaşdırılacaq. Eyni zamanda, daşıma həcmlərinin artımı və dəmiryol nəqliyyatı infrastrukturunun inkişaf tempi balanslaşdırılacaq. 

Ölkəmiz Şimal – Cənub dəhlizi çərçivəsində qonşu ran slam Respublikası ilə də əməkdaşlığı getdikcə genişləndirir. 2024-cü ilin dekabr ayında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi rana səfəri çərçivəsində bu ölkənin dəmiryol rəsmiləri ilə görüş keçirib. Görüş zamanı ranın Astara şəhərində yerləşən terminalın inkişafı ilə bağlı əsas mərhələlər və icra müddətləri, terminalda həyata keçirilən işlərin 2025-ci ilin sonunadək başa çatdırılması, yeni əməkdaşlıq sahələri və maliyyələşdirmə planları müzakirə edilib. Bununla yanaşı, Azərbaycan və ran ərazilərində yerləşən Astara terminallarının idarəçiliyini həyata keçirən “Cənub Yük Terminalı” Məhdud Məsuliyyətli Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb. “Azərbaycan Dəmir Yolları” QSC Şimal – Cənub dəhlizi üzrə artan yükaşırma həcmlərini daha sürətli və e ektiv həyata keçirmək üçün 2024-cü ildə ölkəmizin ərazisindəki Astara yük terminalının yenidən qurulmasını başa çatdırıb, ərazidə sürətli gömrük-keçid xidmətinin yaradılmasına nail olub. Yenidənqurma işləri çərçivəsində yük anbarı müasir standartlara uyğun təmir edilib, terminal lazımi texnika və təhlükəsizlik kameraları ilə təchiz edilib. Eyni zamanda, yüklərin çəkisini müəyyən etmək üçün tərəzi və sürətli internetlə təchiz olunmuş gömrük məntəqəsi yaradılıb.

Terminal multimodal daşıma xidmətləri təqdim edərək ekspeditor şirkətləri üçün yeni imkanlar yaradır. Qəbul edilən yüklərin daşınması və aşırılması üçün endirimli tariflər tətbiq olunur. Terminalın fəaliyyəti Şimal – Cənub dəhlizi üzrə tranzit yükdaşımaları ilin sonunadək 1015 faiz artırmağa imkan verib. Terminalın potensialının Astara – Rəşt dəmiryol xətti istifadəyə verildikdən sonra daha böyük yük həcmi üçün reallaşdırılması planlaşdırılır. 

Bütövlükdə isə, “Azərbaycan Dəmir Yolları” QSC Şimal – Cənub dəhlizinin inkişafı üçün intensiv işlər görür. Məlum olduğu kimi, ötən ilin sentyabr ayında Asiya nkişaf Bankı ilə Sumqayıt–Yalama xəttinin modernləşdirilməsi üçün 131,5 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Xatırladaq ki, Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin təməli 2000-ci il sentyabrın 12-də Rusiya, ran və Hindistan arasında imzalanmış hökumətlərarası saziş əsasında qoyulub. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Ötən müddətdə 13 ölkə sözügedən sənədi ratifikasiya edib. Yeri gəlmişkən, hazırda mövcud marşrutla Hindistandan Rusiyaya yüklərin çatdırılması üçün 6 həftədən artıq vaxt tələb olunur. Beynəlxalq nəqliyyat dəhlizinin tam fəaliyyətə başlamsı isə bu müddətin iki dəfə azalmasına səbəb olacaq. 

Şimal – Cənub Nəqliyyat Dəhlizinin formalaşmasında tranzit ölkə kimi mühüm rol oynayan Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Avrasiya materikinin şimal və cənub hissələri arasında mühüm nəqliyyat-logistika rolunu oynayan dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində ötən müddətdə böyük infrastruktur layihələri həyata keçirilib. Bu baxımdan Bakı Dəniz Ticarəti Limanı xüsusi əhəmiyyət daşıyır. Son illər limanın yükaşırma qabiliyyətinin artırılması ilə bağlı görülən işlər onun beynəlxalq statusunu xeyli gücləndirir. Bundan əlavə, Ələt – Astara avtomobil yolunun yenidən qurulması, ran Astarası ilə Azərbaycan Astarası arasında yeni dəmir yolu körpüsünün istifadəyə verilməsi ölkəmizin tranzit rolunun xeyli artmasına səbəb olub.

Prezident İlham Əliyevin “Şimal – Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” 7 dekabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq Astara (Azərbaycan) – Astara (ran) dəmir yolu xəttinin Astaraçay üzərindəki körpüyə qədər 8,3 kilometr yeni yol tikilib, Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub, buradan ran slam Respublikası ərazisində yaradılmış yük terminalına qədər 1,4 kilometr yol çəkilib. Bütövlükdə isə, dəhlizin tam gücü ilə fəaliyyətə başlaması gələcəkdə Azərbaycanın da tranzit gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq. Ekspertlərin fikrincə, ölkəmiz Şimal – Cənub dəhlizi ilə tranzit yüklərin daşınmasından ildə 2,5-3 milyard dollar qazanacaq.

 

İqtisadiyyat