Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qeyd etdi ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikası sosial-iqtisadi, “yaşıl” eneri və təhlükəsizlik baxımından vahid bir məkana çevrilməlidir. Hazırda birbirinə tarixən bağlı olan bu bölgələr vahid konsepsiya əsasında inkişaf edir, bərpa-quruculuq layihələri sürətlə həyata keçirilir. Bu iqtisadi rayonların vahid konsepsiya ilə inkişafı dedikdə, onların qarşılıqlı əlaqədə inkişafı nəzərdə tutulur. Zəngəzur dəhlizi açıldıqdan sonra bu regionlar həm ölkə iqtisadiyyatı üçün, həm region, həm də Türk dünyası üçün əhəmiyyətli rol oynayacaq.
Qeyd edək ki, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan Muxtar Respublikasının xüsusi sosial-iqtisadi və siyasi əhəmiyyətini nəzərə alan ölkə rəhbəri sözügedən regionlarda xüsusi idarəetmə növü – Səlahiyyətli və Xüsusi Nümayəndəlik institutları yaradıb. Daha çevik və şə af idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə səlahiyyətli və xüsusi nümayəndələrin təyin olunması regionlarda müvafiq dövlət proqramlarının, xüsusi iqtisadi və sosial yönümlü layihələrin uğurla icrasını şərtləndirib. Təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi və Qarabağ və Şərqi Zəngəzura aid rayonlarda fəaliyyət göstərən xüsusi nümayəndələr ölkə başçısının həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasını həmin regionlarda tətbiq edir.
Yeri gəlmişkən, Prezident lham Əliyevin müvafiq sərəncamla təsdiqlədiyi “2023-2027-ci illər üçün Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” muxtar respublikanın hərtərəfli inkişafını hədəfləyir. Eyni zamanda, bu sənəd ölkə tarixində əhatəsinə, nəzərdə tutulan büdcəsinə görə ən böyük dövlət proqramlarından biridir. Sənədin icrası nəzərdə tutulan böyük perspektivdən xəbər verir. Azərbaycan Prezidenti yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə hər üç regionun vahid konsepsiya əsasında inkişaf edəcəyinin anonsunu verməklə gələcəkdə bu iqtisadi rayonların böyük perspektivlərinin olacağını diqqət çatdırdı. Qeyd edim ki, dövlət başçısı 2024-cü ilin son ayında muxtar respublikanın iqtisadi inkişafına ciddi tövhə verəcək iki mühüm qərar qəbul etdi. Bunlardan biri Naxçıvan Muxtar Respublikasında yeni Sənaye Parkının yaradılması, digəri isə Naxçıvanda yeni stilik Elektrik Stansiyasının tikintisidir. Yeni yaradılacaq sənaye parkı bölgənin sənaye potensialının artırılmasını, yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Bu, həmçinin yerli istehsalın artırılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Eyni zamanda, kiçik və orta biznesin inkişafına tövhə verəcək, bölgə iqtisadiyyatının şaxələndirilməsini təmin edəcək.
Muxtar respublikada icra olunacaq və bölgənin ən irihəcmli layihələrindən hesab edilən yeni stilik Elektrik Stansiyasının isə iki əsas faydası gözlənilir. Birincisi, muxtar respublikanın enerji dayanıqlığı tam reallaşacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaq. kinci əsas məsələ isə ondan ibarətdir ki, stansiya muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, həm də muxtar respunlikanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir.
Görülən işlər bir daha onu göstərir ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən layihələr uğurla icra olunur, verilən vədlər yerinə yetirilir. Bunun nəticəsində Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan vahid konsepsiya ilə inkişaf edir.
Tural MURTUZƏLIYEV
iqtisad üzrə fəlsəfə doktoru
Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidməti rəisinin müavini