Kimlər aparıb Şirvanda geyinilən bu libası Hindistan, Əfqanıstan, Pakistan, Banqladeş və digər ölkələrə Necə olub ki, bu geyim belə populyarlıq qazanıb Bütün bunları incələmək üçün tarixə bir ekskurs etmək gərəkdir.
Zaman o zamanlar idi ki, əfşarların Qırxlı boyundan olan, Azərbaycan, Türküstan, indiki ran, Hindistan şahı, sonralar “Şərqin qılıncı”, “Şərqin Napoleonu”, “kinci Makedoniyalı sgəndər” kimi ləqəblər verilən Nadir şah Əfşar yadellilərə qarşı vuruşur, onların zəbt etdikləri Vətən torpaqlarını qaytarırdı. O vaxtlar Napoleon Bonapartın özü də Nadir şaha heyran olduğunu bildirib, o, Fətəli şah Qacara yazdığı məktubda Nadiri tərifləyib və özünü kinci Nadir hesab edib, onu Şərqin son fatehi adlandırıb.
Tarixdən məlum olduğu kimi, Nadir şah 1729-cu ilin oktyabrında yadellilərin meydan suladığı sfahana hücum edən və bu əraziləri tutmağa çalışan əfqan şahı Əşrəf xan üzərində qələbə çalır, bir il sonra isə Şiraz şəhəri Əşrəf xanın qoşunlarından azad olunur, Əşrəf xan isə öldürülür.
1737-ci ildə Nadir şah yenidən üsyana qalxmış əfqanlara qarşı çıxış edir və həm Heratı, həm də Qəndəharı tutur. Bir il sonra Nadir şahın qoşunları Qəznəni və Kabili özünə tabe edir.
Əfqanıstan əraziləri tam olaraq Nadir şahın tabeliyinə keçdikdən sonra Səfəvi sərkərdəsi özü ilə Azərbaycandan gətirdiyi 12 min türk ailəsini Əfqanıstanda yerləşdirir.
Əfqan Dürrani hökmdarları burada məskunlaşan Azərbaycan türklərinin yüksək hərbi potensialına görə onlarla yaxınlaşır, həmvətənlərimiz orduya cəlb edirlir və hətta Dürrani hökmdarlarının şəxsi mühafizə alayı da soydaşlarımızdan təşkil olunur. Onların arasında qarabağlılar, cavanşirlər, əfşarlar, şirvanlılar, həmçinin şahsevən, boyat, qaşqay, köçəri kəbəri türkləri də olub. Həmin vaxt Əfqanıstandakı Azərbaycan türklərinin siyasi və hərbi qüdrəti yüksək idi.
Dürranilərin zamanında qızılbaşlar o qədər qüdrətli olub ki, Əhməd xan vətəndaş müharibəsindən qaçmaq üçün onlara Bəlxi ələ keçirmək tapşırığı verib. Qızıl başlar isə bunu asanlıqla ediblər. 1839-cu ildə Mərkəzi Asiyada Rusiya və Britaniyanın qarşıdurması şiddətlənir, Britaniya ordusu Kabilə girir, bu zaman qızılbaşların bir qismi Britaniya ordusuna yazılır. 1842-ci ildə məşhur Kabil üsyanı zamanı Britaniya ordusu məğlub olur, qızılbaş bəylərinin bir qismi və onların yaxınları sağ qalan britaniyalılarla birlikdə Hindistana keçirlər və onlara müasir Pakistan ərazisindəki Lahor vilayətində mülk verilir. Britaniyalılarla gedənlərin başında əslən Azərbaycanın Şirvan mahalından olan Azərbaycan türkləri durub.
Bu da məlumdur ki, Şirvanşahlar dövlətinin süqutundan sonra Moğol və Osmanlı dövlətinə köç edən şirvanlıların özləri ilə apardıqları “şirvani” libası populyarlıq qazanıb və bu günümüzə qədər gəlib çıxıb. Əvvəl Əfqanıstanda, sonra isə Hindistanda məskunlaşan Azərbaycan türkləri təbii ki, özləri ilə geyim mədəniyyətini, adət-ənənələrini, toy-yas adətlərini də aparıblar. stər Əfqanıstan, Hindistan, sonralar isə Hindistandan ayrılan Pakistanda kişi və qadın üst geyimləri yerli xalqlar tərəfindən də bəyənilib, hətta qonşu ölkələrə də yayılıb.
Günü bu gün də Hindistan, Əfqanıstan, Pakistan, Banqladeş, Şri-Lanka, həmçinin Butan, Nepal, Maldiv adaları və digər ölkələrdə “şirvani” və ya “shervani” deyilən milli kişi üst geyimi çox populyardır və bu libasları aristokratlar geyinir. Hindistanda bəzi hallarda bu libasa indusların baş geyimini də əlavə edirlər. Bu ölkələrdə gənclər evlənməyə hazırlıq gördükləri zaman bəylər də məhz “şirvani” geyiminə üstünlük verirlər. Bu geyimin də yay və qış variantları tikilir.
İndi Hindistanda və Pakistanda Şirvani soyadlını daşıyan böyük bir nəsil yaşayır. Yeri düşmüşkən onu da deyək ki, şirvanlıların bir qolu da Misirin Nubiya və Sudanın şimalına-məmlüklərə gedib çıxır. Hazırda Şirvani nəsli Sudanın Marağa və Dənqələ adlı şəhərlərində də yaşayır.
Tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədov “Şirvani” - Cənubi Asiyada kişi geyimi növü” adlı (1ne s.az) məqaləsində yazır: “Uzun kişi gödəkçəsi şəklində olan bu geyim Cənubi Asiya ölkələrində - Əfqanıstandan Şri-Lankaya qədər geniş yayılıb. “Şirvani” rəsmi tədbirlər və toylar üçün nəzərdə tutulan geyimdir. “Şirvani” libası aristokratların daimi geyimi, yüksək vəzifəli məmurların mərasim geyimi, bəyin toy geyimidir. Məşhur hind filmlərinin tamaşaçıları yəqin ki, film qəhrəmanlarının üzərində “şirvani” geyimi görüblər, lakin bu uzun gödəkçənin adı ilə maraqlananlar az olub”.
Tarixçilərin fikrincə, bu geyim məhz həm də Moğollar dövründə Şirvandan Hindistana köçən Azərbaycan türkləri tərəfindən aparılıb. O da məlumdur ki, “Şirvan bölgəsinin mədəniyyəti Moğol imperator sarayının incəsənətinə və mədəniyyətinə mühüm təsir göstərib.” (S.Ə. Göstərilən məqalə)
Pakistan dövlətinin memarı və qurucusu Məhəmməd Əli Cinnah mərasimlər və səfərlər zamanı qaragül dərisindən papaq və şirvani geyinib, bundan sonra ölkədə “şirvani” geyimi daha da populyarlaşıb, faktiki olaraq bu libas Pakistanın milli geyiminə çevrilib. Məhəmməd Əli Cinnah özəl görüşlərin birində deyib ki, sifarişlə xüsusi hazırlanan 200-dən çox “sher ani” libası var.
Hindistanda yaxın zamanlara qədər rəsmi qəbullar zamanı da “shervani” geyimindən istifadə olunub.
Şri Lanka ngiltərənin müstəmləkəsi olan zaman “sher ani” hərbi mundir kimi geyinilib. Şri Lankanın xarici ölkələrdəki diplomatik heyətinin rəsmi tədbirlərdə “sher ani” geyinməsi mütləq idi.
Onu da qeyd etmək lazımdır ki, Hindistan və Pakistanda “chapkan” (“çəpkən”) və “chogha” (“çuxa”) Azərbaycan milli geyimindən də istifadə olunur, bu geyimləri Britaniya Hindistanına və farslara bağlamaq istəyənlər olsa da... Hazırda Pakistanda toy və digər ailəvi mərasimlər üçün “sher ani” geyimini reklam edən şirkətlər xeyli pul qazanır. Belə reklamların üçünə diqqət edək: “Bəylər üçün dəbdəbəli naxışları olan “sher ani” ilə toy gününüzdə yaxşı görünün. Xam ipəkdən hazırlanmış bu ənənəvi toy geyimi parıldayan qızılı və qəhvəyi çalarlarla özəl gününüzdə sizin yaraşıqlı görünüşüzü təmin edəcək”, “Sher ani” kürəkən üçün onun özəl günündə mükəmməl seçimdir. Dəbdəbəli qızılgül rəngi və incə tikişi ilə “sher ani”nin bu modeli başları çevirəcək.
Toylar üçün mükəmməl əl işi olan “sher ani” dəblilik və sadəlik arasında mükəmməl tarazlığın nadir nümunəsidir”, “Qızılı saplarla bəzədilən mərasim tacı, ağ “sher ani” geyinmiş hər kəs kral toyuna gedən şahzadəyə bənzəyəcək” və s.
Son olaraq onu da deyək ki, ancaq Pakistanda “şirvani” geyiminin 50-yə yaxın modeli var və bu üst geyiminin populyarlığı günbəgün artır.
Qulu KƏNGƏRLİ
XQ-nin Türküstan müxbiri
Daşkənd