Nikol Paşinyan son illərdə cidd-cəhdlə Ermənistanı regionun ən “sülhpərvər” ölkəsi, rəhbərlik etdiyi hökumətin isə bölgədə sülh və sabitliyin, əməkdaşlığın mövcud olmasında hamıdan daha çox “maraqlı olduğunu” beynəlxalq ictimai rəyə sırımağa çalışır.
Ermənistan baş naziri bugünlərdə yenə də özünü “sülh göyərçini” qiyafəsində təqdim etməyə çalışıb. Yanvarın 9-a “Facebook” sosial şəbəkəsində paylaşım edən Nikol ölkəsinin regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması istiqamətində 12 bənddən ibarət təkliflərini diqqətə çatdırıb. Halbuki, N.Paşinyanın əməlləri bunun əksini sübut etməkdədir.
Yada salmaq yerinə düşər ki, Ermənistanla Azərbaycan arasında münaqişənin həlli istiqamətində aparılan danışıqlar prosesi məhz N.Paşinyanın dövründə, onun hakimiyyətə gəlməsindən təxminən bir il sonra pozulub. Əlbəttə, biz danışıqlar prosesinin Paşinyana qədər ideal məcrada keçdiyini iddia etmirik. Ermənistanın əvvəlki hakimiyyətləri də prosesdə qeyri-konstruktiv mövqe tutmuşdular. Onlar həlledici məqamlarda sivişib ardan çıxmağı bacarırdılar. Məsələn, 2006-cı il fevralın 10-da Paris yaxınlığındakı Rambuye şəhərində eyniadlı qəsrdə Ermənistanın ikinci prezidenti Robert Koçaryanla Prezident lham Əliyev arasında keçirilən danışıqlar böyük ümidlərlə başlamışdı. Prosesə hər iki prezidentin ayrı-ayrılıqda Fransa Prezidenti ak Şirakla Yelisey sarayında təqribən 45 dəqiqəlik görüşü ilə start verilmişdi. Daha sonra Azərbaycan və Ermənistan prezidentləri arasında iki dəfə – fevralın 10-da 2 saatlıq, fevralın 11-də isə 20 dəqiqəlik təkbətək görüş olmuşdu. Məhz fevralın 11-də keçirilən görüş zamanı R.Koçaryan ayaqyoluna getmək adı ilə ikitərəfli danışıqları yarımçıq saxlamışdı. Bundan sonra isə heç kəsə xəbər vermədən Rambuye qəsrini tərk edərək Parisdən rəvana uçmuşdu. Sonradan o bunu həmin vaxt müdafiə naziri işləyən Serj Sarkisyanın qayınanasının ölümü ilə əlaqələndirsə də, əslində, həmin addım münaqişənin həlli üçün təklif olunan şərtləri qəbul etməkdən yayınmaqla bağlı idi.
Eyni metodlardan S.Sarkisyan da vaxtaşırı istifadə edirdi. mumiyyətlə, Ermənistanın hər iki prezidentinin hiyləgərliyi danışıqlar prosesi zaman öz sözünü deyirdi. Onlar uzun-uzadı danışıqlar aparır, əksər məsələr razılaşdırılır, son məqamda isə elə şərtlər irəli sürürdülər ki, bunun nəticəsində bütün proses pozulurdu. Yaxud da, son anda ən müxtəlif bəhanələrlə aradan çıxırdılar. Haqqında bəhs etdiyimiz Rambuye danışıqları belə nümunələrdən biridir. Həmin görüş bu gün də R.Koçaryanın prosesi yarımçıq qoyub biabırçı qaçışı ilə assosiasiya olunur.
Koçaryan–Sarkisyan cütlüyünün siyasətdən uzaq bu cür hiyləgər gedişləri Paşinyana xas deyil. Onun hakimiyyətinin ilk iki ilində səsləndirdiyi bəyanatlar qeyd etdiyimiz kimi, danışıqlar prosesinin pozulmasına və yeni müharibənin başlanmasına gətirib çıxardı. Bunun ən mühüm göstəricisi Nikolun 2019-cu il avqustun 5-də Xankəndiyə növbəti qanunsuz səfəri zamanı şəhərin mərkəzi stadionunda keçirilən qondarma ümumerməni yay oyunlarının açılış mərasimində çıxışı zamanı “Qarabağ Ermənistandır və nöqtə” deməsi oldu. Bununla da faktiki olaraq, danışıqlar prosesi pozuldu. Məhz Paşinyanın yürütdüyü siyasət 2020-ci ilin iyulunda Tovuz döyüşlərinin, həmin ilin payızında isə Vətən müharibəsinin baş verməsində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın nəinki əvvəlki üç prezidentinin, elə indiki baş nazirinin də Azərbaycana münasibətdə barışmaz xəttin tərəfdarı olduğunun sübutudur.
Yaxud Paşinyanın baş nazir vəzifəsinin icrasına başladıqdan bir gün sonra – 2018ci il mayın 10-da müdafiə naziri təyin etdiyi David Tonoyanın 2019-cu ilin martında ortaya atdığı bədnam “Yeni müharibə – yeni ərazilər” tezisini yada salaq. Xatırlatmaq yerinə düşər ki, 2019-cu il martın 29-da Vyanada Azərbaycan Prezidenti və Ermənistan baş naziri arasında görüş keçirilmişdi. Tonoyan isə həmin vaxt ABŞ-da rəsmi səfərdə idi. O, iki ölkə rəhbərinin danışıqlarından dərhal sonra Nyu-Yorkda erməni icmasının nümayəndələri ilə görüşdə demişdi: “Müdafiə naziri kimi deyirəm ki, mən “sülh müqabilində ərazilər” formulunu “yeni müharibə – yeni ərazilər” formuluna çevirmişəm”. Daha sonra istehza ilə bildirmişdi ki, güzəştlər mümkündür: “Biz hücumçu bölmələrin sayını artıracağıq və səngərdən, müdafiə vəziyyətindən hərbi əməliyyatları düşmən ərazisinə keçirə biləcək bölmələrin sayının artırılmasına keçəcəyik”.
Paşinyan isə Tonoyanın mövqeyinə münasibətinin necə olması ilə bağlı jurnalistlərin sualına cavab olaraq demişdi: “Əgər o başqa cür danışsaydı, mən onu vəzifədən azad edərdim”. Nikol bununla Tonoyanla həmfikir olduğunu ortaya qoymuşdu.
Bu mənada N.Paşinyan özünü nə qədər “sülh göyərçini” kimi təqdim etməyə, məsələnin mahiyyətindən qaçmağa çalışsa da, yaxın tarixin reallıqları unudulmayıb. Unudulması mümkün də deyil. Onun Qarabağın Ermənistan ərazisi olmasına dair dedikləri bu gün də internetdə açıq mənbələrdə qalmaqdadır.
Paşinyanın yanvarın 9-da yazdığı fikirlərə münasibətini açıqlayan Azərbaycan Respublikası Xarici şlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib: “Qoy əməlləriniz sözlərinizdən üstün olsun. Maraqlıdır ki, sizin “sülhsevər narrativiniz” regionda davamlı sülh və sabitliyin bərqərar olmasının ən mühüm sütununu, yəni dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət məsələsini kənarda qoyur”.
A.Hacızadə daha sonra yazıb: “Əgər Ermənistan hakimiyyəti həqiqətən də qonşuları ilə sülhün yaradılmasında maraqlıdırsa, niyə “Qərbi Ermənistan” və “Dağlıq Qarabağ respublikası” adlandırdıqları ərazilərə iddialarından konstitusiya və milli qanunvericilikləri çərçivəsində imtina prosesinə başlamaqdan bütün vasitələrlə imtina edir Bağışlayın, amma sizin arqumentləriniz Ermənistanın “xoş niyyətinin” təsdiqi kimi qəbul edilə bilməz”.
Əgər Ermənistan rəhbərliyi bu gün həqiqətən də Azərbaycanla sülhdə maraqlıdırsa, pozitiv addımlar atmalıdır. Ölkənin konstitusiyasından Azərbaycana ərazi iddialarının özünə yer aldığı müstəqillik bəyannaməsinə istinad çıxarılmalıdır. Eyni zamanda, rəsmi rəvan sürətlə silahlanma prosesindən də əl çəkməlidir. Bütün bunlar əyani şəkildə Ermənistanın sülhə hazır olmadığını göstərir.
Ermənistan hakimiyyətinin məlum mövqeyi Prezident lham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində toxunduğu məsələlərdən oldu. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın silahlanması, sadəcə olaraq, yeni gərginliyə gətirib çıxaracaq. Biz isə bunu istəmirik. Biz sülh istəyirik. stəyirik ki, artıq müharibə səhifəsi bağlansın: “Ancaq görürük ki, Ermənistanın həm özü, həm onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Müstəqil Ermənistan dövləti, əslində, faşist dövlətdir. ünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. ndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir”.
Prezident qeyd etdi ki, biz belə bir faşist dövlətlə qonşuyuq və faşizm təhlükəsi sovuşmur. Ona görə faşizm məhv edilməlidir. Bunu ya Ermənistan rəhbərliyi, ya da biz məhv edəcəyik: “Bizim başqa çarəmiz yoxdur. Yenə də 30 illik işğal, xalqımızın əzabları, Xocalı soyqırımı, dağıdılmış, viran qoyulmuş Qarabağ - bütün bunlar bizim gözümüzün qabağındadır və kim zəmanət verə bilər ki, bu, təkrarlanmayacaq, heç kim! ünki Ermənistanın birinci üç rəhbəri faşist ideologiyasının daşıyıcılarıdır. Ermənistanın indiki rəhbəri, mən demişəm, indi özündən “sülh göyərçini” düzəltmək istəyir. Amma baxın, görün, onun 2018-2019-cu illərdəki çıxışlarına, onları indi heç kim xatırlatmaq istəmir. Hətta onun Fransadakı dostları da ondan imtina etmək istəmirlər. Yəni, bu ideologiya orada yaşayır və bunun daşıyıcıları, sadəcə olaraq, bugünkü Ermənistan müxalifəti deyil, Ermənistan iqtidarıdır. Bir daha demək istəyirəm ki, biz, sadəcə olaraq, müşahidəçi kimi buna tamaşa edəsi deyilik. Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndə rilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. ndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”.
Bu istiqamətdə XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, indiyədək dünya tarixində məğlub ölkənin qalib ölkəyə nəsə diktə etməsi hadisəsi olmayıb. Məğlub ölkə hər zaman qalib ölkənin şərtlərini yerinə yetirməlidir: “Azərbaycan kinci Qarabağ müharibəsində qələbə çalıb, işğala son qoyub, torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistan məğlubiyyətə uğradılıb. Əslində, bizim şərtlərimiz ağır deyil. Əsas şərtimiz odur ki, Ermənistan konstitusiyasında dəyişiklik edilsin və Azərbaycana ərazi qarşı ərazi iddiası oradan çıxarılsın. rəvan bu istiqamətdə vaxtı uzadır. Düzdür, başqa addımları var. Məsələn, Paşinyan Azərbaycanın Minsk qrupundan imtina tələbini faktiki olaraq yerinə yetirdi. Ermənistan baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan yanvarın 11-də bildirdi ki, rəvan Minsk qrupunun buraxılması üçün ATƏT-ə müraciət imkanlarına baxır. Amma bu azdır. Konstitusiya dəyişikliyi də lazımdır. Bundan başqa digər təxribat da baş verir. Avropa ttifaqının mülki adlandırılan müşahidə missiyasının müddəti iki il müddətinə uzadıldı. Həmin müşahidə missiyası nəyə lazımdır, kimə qarşıdır Avropa ölkələrinin liderləri gəlib binoklla Azərbaycan ərazisinə baxırlar. Bu, vəziyyəti daha da gərginləşdirir. Azərbaycan Ermənistan iqtidarından bu məsələlərin də həllini gözləyir. stəlik, rəvan Zəngəzur dəhlizinin icrasını da uzadır. Halbuki, Azərbaycan özünə aid ərazidə nəqliyyat xətlərinin inşasını artıq başa çatdırmaq üzrədir, Ermənistan isə heç bir iş görmür. Paşinyandan bu istiqamətlər üzrə addımlar gözlənilir”.
E.Şahinoğlu dedi ki, əslində, Paşinyan üçün yaxşı fürsət yaranıb. ünki ciddi müxalifət də yoxdur ki, ona təzyiq edə bilsin. Ötən il bir keşiş ortaya atılmışdı. Amma o da heç nəyə nail ola bilmədi: “Yəni, Paşinyan özündə cəsarət tapıb konstitusiya dəyişiklikləri edib sülh sazişinin imzalanmasını sürətləndirə bilər. Əks-təqdirdə vəziyyət qeyri-müəyyən qaldıqca gərginlik arta bilər. ünki artıq uzaqmənzilli raketlər də alır. Bu isə vəziyyəti daha da gərginləşdirir. Prezident lham Əliyev də tələb edir ki, Ermənistan birincisi, silahlanmadan imtina etməli, ikincisi, ona verilən uzaqmənzilli raketləri geri qaytarmaldır. ünki həmin raketlər kinci Qarabağ müharibəsi zamanı Azərbaycanın şəhərlərinə atılmışdı. Biz xeyli mülki insan itirdik. Bir daha imkan verə bilmərik ki, uzaqmənzilli raketlər Ermənistanda yerləşdirilsin. Bizim rəvandan əsas tələblərimiz budur”.
Müsahibimiz onu da bildirdi ki, əgər əvvəlki illərdə Ermənistanın “xozeyni” Rusiya idisə, indi Paris və Vaşinqtondan, əsas da Yelisey sarayında təlimat alır. Görünür, Parisdə Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasında, dəhlizin işə düşməsində maraqlı deyillər. Ona görə də Paşinyana bu cür təzyiq edirlər. Ancaq Paşinyan anlamalıdır ki, Parisin əlində alət olaraq qalacaqsa, bu, onun özü və ölkəsi üçün ciddi problemlərə gətirib çıxaracaq.
Səxavət HƏMİD
XQ